Qusarda şəhid məzarları ziyarət edildi FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə birlikdə rayonun Əniq, Suvacal, Çiləgir, Qayakənd kəndlərində və Qusar şəhərində şəhid məzarlarını ziyarət edib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidlərin ailə üzvləri və sakinlərin də iştirakı ilə baş tutan ziyarətlər zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
İcra başçısı şəhid ailələrinin üzvləri və sakinlərlə həmsöhbət olub, onların məişət şəraiti, gündəlik qayğıları və mövcud problemləri ilə yaxından maraqlanıb, vətəndaşların müraciətləri ilə bağlı müvafiq tapşırıq və göstərişlərini verib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Noyabr 2025 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















