Icma.az
close
up
RU
Qütb ayıları niyə donmur? Araşdırma sirri açıb

Qütb ayıları niyə donmur? Araşdırma sirri açıb

Icma.az bildirir, Olke.az portalına istinadən.

Qütb ayıları -40 dərəcə Selsiyə qədər aşağı temperaturda yaşaya bilən və tez-tez Arktika okeanının dondurucu sularına dalan möcüzəvi canlılardır. Şimal qütbündə sağ qalmağı bacaran bu nadir növ, buzlu sulardan çıxdıqdan sonra belə donmur.

"Ölkə.az" xəbər verir ki, bu xüsusiyyət uzun illərdir bir çox suallara səbəb olub. İndi isə yeni bir araşdırma qütb ayılarının niyə donmadığını üzə çıxara bilər.

İlk kəşf: İnfraqırmızı kameralar və soyuq kürk

"Discover Wildlife" nəşri bildirir ki, bu araşdırma Bergen Universitetindən professor Bodil Holstun bir televiziya proqramı izləyərkən infraqırmızı kameraların qütb ayılarını görə bilməməsi ilə başlayıb. Kürklərinin həddindən artıq soyuq olduğunu müşahidə edən professor, ayıların niyə donmadığını araşdırmağa qərar verib. 

Daha sonra Dublin "Trinity College"dən doktorant Culyan Karolan qütb ayılarının buzlu şəraitdə necə sağ qaldığını öyrənmək üçün bir tədqiqat qrupu yaradıb.

Sebum sirri: Təbii dəri yağı

"Science Advances" jurnalında dərc olunan nəticələrə görə, bu sualın cavabı qütb ayılarının kürklərinin altındakı vəzilərdən ifraz olunan təbii dəri yağı, yəni sebum ilə bağlıdır. Bu yağlı təbəqə suyu itələyən qarışıq olan xolesterin, diasilqliserol və yağ turşularından ibarətdir. Təbii yağ suyun kürkdən tez axıb getməsini təmin edərək bədənin donmasının qarşısını alır. 

Tədqiqatçılara görə, donmuş kürk soyuğu içəridə saxlayaraq izolyasiyanı zəiflədir və bu da ayıların isti qalmasını çətinləşdirərdi. Bu səbəbdən də sebum həyatda qalmaq üçün olduqca vacib rol oynayır.

Təbii yağın gizliliyə və ovda təsiri

Bu təbii yağ ayıların quru qalmasını təmin etməklə yanaşı, gizli hərəkət etmələrinə də kömək edir. Qütb ayılarının əsas qida mənbələrindən biri olan fokları izləyə bilmələri üçün fərq edilməmələri vacibdir. Bədənin ifraz etdiyi təbii yağ qütb ayılarına buz üzərində səssizcə hərəkət edərək fokları izləmək imkanı yaradır.

Görünür ki, yerli qütb icmaları qütb ayısı kürkünün bu özünəməxsus xüsusiyyətlərini uzun müddətdir bilirlər. Tədqiqatçılar ovçuların ov alətlərində qütb ayısı kürkündən istifadə etdiklərinə dair bir neçə tarixi qeydə rast gəliblər. Hazırda isə alimlər qəhvəyi ayı kimi digər ayı növlərinin kürklərində də oxşar xüsusiyyətlərin olub-olmadığını araşdırırlar.(Qaynarinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Mart 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri