Icma.az
close
up
RU
Quterreş: Kiçik ada dövlətlərinə yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstək göstərilməlidir

Quterreş: Kiçik ada dövlətlərinə yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstək göstərilməlidir

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Pravda.az xəbər verir ki, Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.

Baş katib diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib. Bildirib ki, razılıq əldə etmək üçün tərəflər dəfələrlə bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş var. Qeyd olunub ki, beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə əlçatanlığın təmin olunması istiqamətində də işlər davam etdiriləcək.

Nazir, həmçinin deyib: “Yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. Zənnimcə, Azərbaycan COP29 boyunca məhdud resurslar daxilində iddialı hədəflər qoyaraq möhtəşəm liderlik nümayiş etdirir. İnanıram ki, COP29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.

Samoanın təbii sərvətlər, ətraf mühit və torpaqlar naziri Toeolesulusulu Cedric Pose Salesa Schuster isə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklərin, onların həssaslığının və xüsusi iqlim maliyyələşdirməsinə təcili ehtiyacının ön plana çıxarılmasının əhəmiyyətinə toxunub: “Paris Sazişini həyata keçirməyə dəstək olmaq üçün SIDS-in yeni iqlim maliyyələşdirməsi əhəmiyyətlidir. Konkret tədbirlər arasında SIDS üçün minimum illik 39 milyon dollar və digər inkişaf etməkdə olan ölkələr üçün 220 milyard dollar ayrılması yer alır".

O, uyğunlaşma üçün maliyyənin ikiqat artırılmasının, qrant əsaslı maliyyələşmənin tətbiqinin vacibliyini vurğulayıb.

Toeolesulusulu Cedric Pose Salesa Schuster iqlim öhdəliklərinin yerinə yetirilməsi və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına uyğunlaşma üçün siyasi iradə göstərilməsinə çağırıb.

Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni bildirib ki, dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5°C-də saxlamaq zəruridir. O qeyd edib ki, Tonqa dəniz səviyyəsinin yüksəlməsinə dair 2023-cü il Bəyannaməsi və 2021-ci il Dəniz Zonasına dair Bəyannamə də daxil olmaqla proaktiv addımlar atıb.

Baş nazir iqlim mobilliyi və dayanıqlı inkişaf üzrə Sakit Okean Regional Çərçivəsini də xatırladıb. O, COP29-da qlobal temperaturun artımını 1,5°C-də saxlamaq da daxil olmaqla, kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə və liderliyə çağırıb.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlərin ada dövlətlərinin olduğunu bildirib. Əlavə edib ki, qlobal temperaturun 1,5 dərəcədə saxlanması ada dövlətləri üçün olduqca vacibdir: "Azərbaycan ada dövlətlərinin tərəfindədir. Onlara həmrəyliyimizi göstərərək Dayanıqlı İnkişaf Məqsədlərinin tam şəkildə icrasında birgə tədbirlərdə iştirak edəcəyik. Biz ümumi səylərlə kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına nail ola biləcəyik".

Qeyd edək ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.

Azərtac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see272

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see150

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see110

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri