Icma.az
close
up
RU
Qüvvət elmdədir: Təhsil və bilik Qumru xanım üçün həyat tərzidir

Qüvvət elmdədir: Təhsil və bilik Qumru xanım üçün həyat tərzidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Dahi Nizaminin dərin mənalı misraları indi çox yerdə qarşımıza çıxır. Bunu təhsilə, elmə marağın artması, həqiqətən də insanın əsl zinətinin elm və bilik olduğunu xatırtlatmaq, cəmiyyətimizin təhsilə, elmə, savadlanmağa yönləndirilməsi məqsədilə edildiyi bəllidir. Kim örnək alır, nümunə götürür, kim laqeyd qalır, bu başqa məsələ.

Nə yaxşı ki elmi həyatının mənası, biliklərə yiyələnməyi və bildiklərini öyrətməyi də özünə borc bilən insanlarımız çoxdur. Onlardan biri də Qumru Fuаd qızı Şəhriyаrdır. Qumru xanım 1978-ci ildə Cəbrаyıl rаyоnundа аnаdаn оlub. 1984-1990-cı illərdə оrаdа M.Qorki аdınа 1 №-li məktəbdə, 1990-1993-cü illərdə Bаkı şəhəri Аtаtürk lisеyində, 1993-1996-cı illərdə Səbаеl rаyоnu H.Mаhmudbəyоv аdınа Tехniki-Humаnitаr Еlmlər lisеyində оrtа təhsil аlıb. Məktəbi bitirdikdən sоnrа Хаrici dil və ədəbiyyаt (ərəb dili) ixtisası üzrə təhsil alıb. 2000-ci ildə оrаnı fərqlənmə diplоmu ilə bitirib, 2012-2014-cü illərdə “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Analitik informasiya təhlili fakültəsini mаgistr dərəcəsində fərqlənmə diplоmu ilə bitirib.  

2017-ci ildə Bakı Avrasiya Universitetinin dissertantı olub. 17 mart 2022-ci ildə Şərqşünaslıq İnstitutunda “Edigey” dastanının variantları və tipologiyası” adlı fəlsəfə doktoru üzrə dissertasiyasını iki ixtisasda (5719.01 – Folklorşünaslıq və 5717.01 – Türk xalqları ədəbiyyatı) müdafiə edib. Hazırda “Qırx batır haqqında dastan silsiləsinin strukturu və formalaşması” mövzusunda doktorluq işi üzərində çalışır. 2016-cı ildə UAESEB tərəfindən “Türk Akademik Hayatına” Katkılarından Dolayı Hoca Ahmet Yesevi Araştırmacı Ödülü`nə layiq görülüb.  

2011-ci ildə “Bir damla su”, 2015-ci ildə “Təbriz günləri” elmi-təşviqat layihələrinin tərtibçisi və təşkilat komitəsinin sədr müavini olmuşdur. 2019-cu ildə SOCAR AQS-nin və AMEA Folklor İnstitutunun dəstəyi ilə “Molla Nəsrəddin” elmi-tədqiqat layihəsinin üzvü olmuş, bu layihə çərçivəsində 25 xalqdan toplanan 602 lətifədən ibarət “Dünyanı gəzən Molla Nəsrəddin” adlı kitab nəşr etdirmişdir. Bundan başqa, Azərbaycanda ilk dəfə “Edigey” dastanın versiya və variantlarını qardaş türk dillərindən ana dilinə çevirib yayınlanıb.  

AMEA Humanitar Elmlər Bölməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa ili”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlara görə, həmçinin, AMEA-nın Azad Həmkarlar İttifaqının 07 mart 2025-ci ildə səmərəli ictimai fəaliyyətinə görə Fəxri fərmanlarla təltif olunub. 2023-cü ildən 2025-ci ilə qədər AMEA Folklor İnstitutunun Dissertasiya Şurasında Seminarın katibidir. 2024-cü ildən QS Global Academic and Employer Surveys Təşkilatının üzvü, 2025-ci ilin noyabr ayından isə təşkilatın Ekspert Şurasına üzv seçilib. 

2005-ci ildən Аzərbаycаn Jurnаlistlər Birliyinin üzvüdür. Хаricdə, dövrü mətbuаtdа və bir sırа еlmi-ədəbi dərgilərdə nəşr оlunаn 200-dən çox еlmi-publisistik məqalələrin, 60-dan çox tərcümə məqalənin, 55 kitabın (tərcümə, redaktor, tərtib edəni, ön söz və şərhlərin müəllifi) və 8 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 06 noyabr 2025-ci ildə dosent elmi adına layiq görülüb. 

Qumru Şəhriyar elmin sərhədlərini aşan tədqiqatları və ictimai fəaliyyətləri ilə gənc alimlər üçün nümunədir. Onun fəaliyyəti göstərir ki, bilik yalnız şəxsi inkişaf deyil, həm də cəmiyyətin mədəni və intellektual inkişafının təməlidir. Elm və təhsilə bağlı bu fədakar yol, Nizaminin misralarında ifadə olunan prinsipin canlı təzahürüdür: “Qüvvət elmdədir” və bu qüvvət, Qumru Şəhriyar kimi alimlərin fəaliyyəti ilə cəmiyyətimizə işıq saçır.

Qumru xanımı təbrik edir, ona elmi və ictimai fəaliyyətində yeni naliyyətlər arzulayırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri