Icma.az
close
up
RU
“Quyruğu görünən rus xoruzunun kimliyi ortaya çıxdı” Deputat

“Quyruğu görünən rus xoruzunun kimliyi ortaya çıxdı” Deputat

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat- axtarış tədbiri nəticədəsində beşinci kalonun daha bir xəyanətkar ünsürü ifşa edildi, saxlanıldı və indi ifadə verir. DTX-nin səbirli-sübutlu əməliyyatı Ramiz Mehdiyevin qoltuğunun altından quyruğu görünən rus xoruzunun kimliyini ortaya qoydu. AXC sədri Əli Kərimli və onun yaxın çevrəsində olan nadürüstlərin istintaqı yəqin ki, bir çox qaranlıq məqamlara işıq salacaqdır.

Sən demə, həmişə radikal ritorika sərgiləyən, barışmaz müxalifət kimi özünü göstərən Əli Kərimlini Ramiz Mehdiyev idarə edirmiş. Sən demə cəmiyyətə özünü qərbyönlü, demokrat kimi sırıyan Əli Kərimli Ramiz Mehdiyevin vasitəsi ilə şimaldan təlimat  alırmış.

Qərbin İrana və Rusiyaya ənənəvi münasıbəti hər kəsə məlumdur. Əli Kərimlini də uzun illər qərbin adamı kimi cəmiyyətə təqdim ediblər. Amma indi xoruzun quyruğu da görünür özü də. Özü də hardan, "həccdən qayıdan tülkünün" əbasının altından.
Bu necə qərb yönümlü siyasətçidir ki, Azərbaycana məlum basqılar olanda bir dəfə də nə İranın, nə də Rusiyanın əleyhinə fikir söyləməyib, bəyanat verməyib.

Ramizin qoltuğundan hələ bir çox xoruzların və fərələrin də çıxacağı görsənir.

Ramiz Mehdiyevin ifşasından sonra beşinci kalonun xəyanətləri birər-birər açılır,  xainlərin tam siyahısı da yəqin ki, cəmiyyətə açıqlanacaqdır.

DTX-nin dünən keçirdiyi axtarış-əməliyat tədbirindən sonra saxlanılan Əli Kərimli və onun əlaltıları ilə yanaşı, Ramizin əbasının altından daha bir sürü siçovulların və kor yapalaqların çıxacağı da gözləniləndir.

Siçovul və kor yapalaq demişkən, 2013-cü ildə prezident seçkiləri ərəfəsində Moskvada yaradılan "Milyarderlər İttifaqı" və onun Azərbaycanda uzantısı, adı milli, mahiyyəti antimilli olan "Milli Şura" təsadüfən yaranmamışdı, müəyyən məqsədə xidmət üçün yaranmışdı. Məqsəd isə antimilli ünsürlərin vasitəsi ilə Azərbaycanı yenidən şər imperiyasının caynağına təslim etmək idi. "Milli Şura" yaranandan bir az sonra onun əsil niyyətini anlayan bir qrup müxalif düşüncəli şəxslərin bu şər qurumunun sıralarını tərk etməsi də təsadüfi deyildi. Lakin satqınların və əclafların gedəsi yeri yoxdur, onlara tapşırılan hər alçaqlığı sona qədər yerinə yetirməyə məcburdurlar.

Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz, xoruzun da quyruğu qoltuqdan görünər. Necə ki, 2005- ci ildə yaranmış Prezident yanında Təhsil üzrə Komissiyanın sədri Ramiz Mehdiyev, üzvü isə Cəmil Həsənli idi. Bax burda daha bir xoruzun quyruğu görünməkdədir.

Bu da təsadüfi deyildir ki, həmişə özünü azad fikirli, demokrat, qərb yönlü siyasətçi kimi təqdim etməkdən zövq alan keçmiş millət vəkili, indi isə  antimilli şuranın fəal üzvü və Əli Kərimlinin alovlu müdafiəçisi  Gültəkin Hacıbəyli "Ramiz Mehdiyevin içində bir həssas ürək var, kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”, – deyir. Xoruzun bir quyruğu da burdan çıxdı...

Bu da təsadüfi deyil ki, 2019-cu ilin oktyabrın 19-da, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından cəmi 4 gün əvvəl antimilli şura Bakıda tez-tələsik icazəsiz mitinq təşkil etməyə cəhd göstərir, Əli Kərimli mitinq iştirakçılarını polisin qanuni tələblərinə riayət etməməyə təhrik edir. Xoruzun bir quyruğu da burdan görünür.

Bu da təsadüfə oxşamır ki, 2020-ci ilin 14 iyulunda imperialist dairələrin təhriki ilə Ermənistan ordusu Tovuz rayonunda Qaraqaya yüksəkliyində Milli Ordumuza qarşı xəyanətkar təxribat törədir. Təxribatın qarşısı alınarkən Milli Ordumuzun generalı Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimiz həlak olur. Bu təxribatdan hiddətlənən xalqın Bakıda Şəhidlər Xiyabanına tərəf etiraz və birlik yürüşünə birdən-birə AXC-nin təxribatçıları müdaxilə edərək Milli Məclisin binasını ələ keçirməyə cəhd göstərir və binada dağıntılar törədir.

Faktları xronoloji qaydada sıraya düzdükcə təsbehin dənələri bir-bir öz yerini alır. Fərqi yoxdur bu təsbeh, başı əmmaməli mollanın əlindədir, yoxsa boynu xaçlı keşişin.

Mən Dövlət Təhlükəsizlik Xidmətinin milli təhlükəsizliyimizin qorunması sahəsindəki peşəkar və cəsarətli fəaliyyətini bəyənirəm, dəstəkləyirəm. Hesab edirəm ki, digər hüquq-mühafizə orqanları da bu prosesdə çeviklik və fəallıq göstərərək vətənə xəyanət edənlərin şəbəkəsini sonuncu nəfərinə kimi ifşa edəcəklər. Bu çiban - xəyanətkar beşinci kolonun ünsürləri  kökündən qazılıb birdəfəlik atılmalıdır.
Biz azad, demokratik cəmiyyətdə yaşayırıq.
Hökumətə, aparılan siyasətə müxalifətçi olmaq normal davranışdır, müxalif fikrə də hörmətlə yanaşırıq. Bizim bir çox müxalifətçilərlə, o cümlədən parlamentdə təmsil olunan müxalifət partiyaları ilə olduqca, sivil, anlaşılan münasibətlərimiz var, onların tənqidlərinə də , bəzən qəbul etmədiyimiz fikirlərinə də hörmətlə yanaşırıq. Amma Vətənə, Dövlətə, Milli maraqlara qarşı çıxmaq - bu artıq müxalifətçilik deyil, düşmənçilikdir, Vətənə Dövlətə, Millətə xəyanətdir. Xəyanətkarlar cəzasını almalıdırar. Vətənə xəyanətin bəraət yeri yoxdur...

Banlamaq xoruzun peşəsidir. Amma bivaxt banlayıb xalqın rahatlığını pozan, zəhləsini tökən küllük xoruzlarının da aqibəti məlumdur: ya tülküyə yem olur, ya bıçağa tuş gəlir.

Musa Quliyev,

Milli Məclisin deputatı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri