Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Xoruzun quyruğu və aqibəti MƏQALƏ

Xoruzun quyruğu və aqibəti MƏQALƏ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat- axtarış tədbiri nəticədəsində beşinci kalonun daha bir xəyanətkar ünsürü ifşa edildi, saxlanıldı və indi ifadə verir. DTX- nın səbirli- sübutlu əməliyyatı Ramiz Mehdiyevin qoltuğunun altından quyruğu görünən rus xoruzunun kimliyini ortaya qoydu. AXC sədri Əli Kərimli və onun yaxın çevrəsində olan nadürüstlərin istintaqı yəqin ki, bir çox qaranlıq məqamlara işıq salacaqdır.

Sən demə, həmişə radikal ritorika sərgiləyən, barışmaz müxalifət kimi özünü göstərən Əli Kərimlini Ramiz Mehdiyev idarə edirmiş.

Sən demə cəmiyyətə özünü qərbyönlü, demokrat kimi sırıyan Əli Kərimli Ramiz Mehdiyevin vasitəsi ilə şimaldan təlimat alırmış.

Qərbin İrana və Rusiyaya ənənəvi münasıbəti hər kəsə məlumdur. Əli Kərimlini də uzun illər qərbin adamı kimi cəmiyyətə təqdim ediblər.

Amma indi xoruzun quyruğu da görünür özü də. Özü də hardan, " həccdən qayıdan tülkünün" əbasının altından.

Bu necə qərb yönümlü siyasətçidir ki, Azərbaycana məlum basqılar olanda bir dəfə də nə İranın, nə də Rusiyanın əleyhinə fikir söyləməyib, bəyanat verməyib.

Ramizin qoltuğundan hələ bir çox xoruzların və fərələrin də çıxacağı görsənir.

Ramiz Mehdiyevin ifşasından sonra beşinci kalonun xəyanətləri birər-birər açılır, xainlərin tam siyahısı da yəqin ki, cəmiyyətə açıqlanacaqdır.

DTX- nın dünən keçirtdiyi axtarış- əməliyat tədbirindən sonra saxlanılan Əli Kərimli və onun əlaltıları ilə yanaşı, Ramizin əbasının altından daha bir sürü siçovulların və kor yapalaqların çıxacağı da gözləniləndir.

Siçovul və kor yapalaq demişkən, 2013- cü ildə Prezident seçkiləri ərəfəsində Moskvada yaradılan "Milyarderlər İttifaqı" və onun Azərbaycanda uzantısı, adı milli, mahiyyəti antimilli olan "Milli Şura" təsadüfən yaranmamışdı, müəyyən məqsədə xidmət

üçün yaranmışdı. Məqsəd isə antimilli ünsürlərin vasitəsi ilə Azərbaycanı yenidən şər imperiyasının caynağına təslim etmək idi. " Milli şura" yaranandan bir az sonra onun əsil niyyətini anlayan bir qrup müxalif düşüncəli şəxslərin bu şər qurumunun sıralarını tərk etməsi də təsadüfi deyildi.

Lakin satqınların və əclafların gedəsi yeri yoxdur, onlara tapşırılan hər alçaqlığı sona qədər yerinə yetirməyə məcburdurlar.

Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz, xoruzun da quyruğu qoltuqdan görünər.

Necə ki, 2005- ci ildə yaranmış Prezident yanında Təhsil üzrə Komissiyanın sədri Ramiz Mehdiyev, üzvü isə Cəmil Həsənli idi. Bax burda daha bir xoruzun quyruğu görünməkdədir.

Bu da təsadüfi deyildir ki, həmişə özünü azad fikirli, demokrat, qərb yönlü siyasətçi kimi təqdim etməkdən zövq alan keçmiş millət vəkili, indi isə antimilli şuranın fəal üzvü və Əli Kərimlinin alovlu müdafiəçisi Gültəkin

Hacıbəyli "Ramiz Mehdiyevin içində bir həssas ürək var, kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”, – deyir. Xoruzun bir quyruğu da burdan çıxdı...

Bu da təsadüfi deyil ki, 2019- cu ilin oktyabrın 19-da, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından cəmi 4 gün əvvəl antimilli şura Bakıda tez-tələsik icazəsiz mitinq təşkil etməyə cəhd göstərir, Əli Kərimli mitinq iştirakçılarını polisin qanuni tələblərinə riayət etməməyə təhrik edir.

Xoruzun bir quyruğu da burdan görünür.

Bu da təsadüfə oxşamır ki, 2020- ci ilin 14 iyulunda imperialist dairələrin təhriki ilə Ermənistan ordusu Tovuz rayonunda Qaraqaya yüksəkliyində Milli Ordumuza qarşı xəyanətkar təxribat törədir. Təxribatın qarşısı alınarkən Milli Ordumuzun generalı Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimiz həlak olur. Bu təxribatdan hiddətlənən xalqın Bakıda şəhidlər xiyabanına tərəf etiraz və birlik yürüşünə birdən- birə AXC- nin təxribatçıları müdaxilə edərək Milli Məclisin

binasını ələ keçirməyə cəhd göstərir və binada dağıntılar törədir.

Faktları xronoloji qaydada sıraya düzdükcə təsbehin dənələri bir-bir öz yerini alır. Fərqi yoxdur bu təsbeh, başı əmmaməli mollanın əlindədir, yoxsa boynu xaçlı keşişin.

Mən Dövlət Təhlükəsizlik Xidmətinin milli təhlükəsizliyimizin qorunması sahəsindəki peşəkar və cəsarətli fəaliyyətini bəyənirəm, dəstəkləyirəm. Hesab edirəm ki, digər hüquq-mühafizə orqanları da bu prosesdə çeviklik və fəallıq göstərərək vətənə xəyanət edənlərin şəbəkəsini sonuncu nəfərinə kimi ifşa edəcəklər. Bu çiban - xəyanətkar beşinci kolonun ünsürləri kökündən qazılıb birdəfəlik atılmalıdır.

Biz azad, demokratik cəmiyyətdə yaşayırıq.

Hökumətə, aparılan siyasətə müxalifətçi olmaq normal davranışdır, müxalif fikrə də hörmətlə yanaşırıq. Bizim bir çox müxalifətçilərlə, o cümlədən parlamentdə təmsil olunan müxalifət partiyaları ilə

olduqca, sivil, anlaşılan münasibətlərimiz var, onların tənqidlərinə də , bəzən qəbul etmədiyimiz fikirlərinə də hörmətlə yanaşırıq. Amma Vətənə, Dövlətə, Milli maraqlara qarşı çıxmaq - bu artıq müxalifətçilik deyil, düşmənçilikdir, Vətənə Dövlətə, Millətə xəyanətdir. Xəyanətkarlar cəzasını almalıdırar. Vətənə xəyanətin bəraət yeri yoxdur.

...Banlamaq xoruzun peşəsidir. Amma vaxt- bivaxt banlayıb xalqın rahatlığını pozan, zəhləsini tökən küllük xoruzlarının da aqibəti məlumdur: ya tülküyə yem olur, ya bıçağa tuş gəlir.

Musa Urud, millət vəkili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see568

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see415

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see412

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see386

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see368

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see364

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see325

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see271

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see261

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see250

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see244

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see238

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see231

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see229

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see212

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see209

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see208

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see208

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see208

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri