Icma.az
close
up
RU
Qvardiola Kloppun sabiq köməkçisini “Siti”yə gətirdi

Qvardiola Kloppun sabiq köməkçisini “Siti”yə gətirdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Mançester Siti”nin ünlü çalışdırıcısı Xosep Qvardiola uğursuz və titulsuz mövsümün ardından məşqçilər korpusunda radikal dəyişikliklərə getmək qərarına gəlib. "Football-plus.az" xəbər verir ki, o, birdən-birə üç köməkçisi ilə vidalaşıb!

Əslində dəyişikliklər çoxdan başlayıb. Son mövsümün gedişində 2012-ci ildən “Siti”də idman direktoru kimi çalışan Çiki Beqiristayn sürpriz şəkildə istefa verdi. Onun yerinə Uqo Vyana təyin olunsa da, portuqaliyalı rəsmi şəkildə işə məhz bu yay başlamalıydı. Görünür, Qvardiola məhz onunla da məsləhətləşərək köməkçilərinin – Xuanma Lilyo, Karlos Visens və İnyiqo Domingesin “kitabını bağlamaq” qərarına gəldi. Ayrılığın rəsmi səbəbi kimi Visensin “Braqa”nın başına keçmək, Lilyonun isə İspaniyaya qayıtmaq istəyi göstərilib. Ancaq Qvardiolanın oyunların gedişində tez-tez məsləhətləşdiyi Lilyo onun üçün elə-belə adam deyildi. Onlar bir-birini 30 ilə yaxındı tanıyır.
Qvardiolanın məşqçi kimi formalaşmasında bu şəxsin mühüm rolu olmuşdu. Lilyo hətta Qvardiolanın futbol oynadığı dönəmdə sonuncu məşqçisi də olmuşdu. Onların yolu Meksika təmsilçisi “Dorados”da kəsişmişdi. 59 yaşlı Lilyo 2020-də Mikel Artetanın ayrılmasından sonra “Siti”yə gələrək Qvardiolanın köməkçisi kimi işləməyə başlamışdı. 2023-də ÇL-də qələbənin ardından onların yolu qısa müddətə ayrılsa da, Qətər macərası uğursuz alınan Lilyo yenidən “Siti”yə qayıtmışdı. Visens 2017-dən, Dominges isə 2020-dən klubda idi.
Qvardiolanın yeni köməkçiləri isə çox maraqlı simalardı. İlk növbədə Pep Leyndersi qeyd etmək lazımdı. “Liverpul” fanatları, yəqin ki, onların sevimli klubunda 10 il işləmiş bu mütəxəssisi gözəl tanıyır. Leynders hələ Brendan Rocersin dönəmindən “qırmızılar”da işləyirdi və sonradan Yürgen Kloppun da sağ əlinə çevrilmişdi. 2018-də o, qısa müddət vətəni Niderlandda müstəqil məşqçi kimi işləsə də, “Neymegen” macərası uğursuz alınmış və Kloppun dəvəti ilə yenidən Liverpula qayıtmışdı. Hətta ötən yay Kloppun istefasından sonra çoxları onu məhz Leyndersin əvəzləyəcəyini düşünürdü. Amma o da Kloppla birlikdə ayrılaraq Avstriya nəhəngi “Zaltsburq”un başına keçməyə üstünlük verdi. Burda isə işlər o qədər uğursuz alındı ki, məşqçi artıq dekabrda istefaya göndərildi.
Maraqlıdı ki, Leynders “Liverpul”dan ayrılarkən “bundan sonra Klopp”dan başqa heç kimin köməkçisi kimi çalışmayacam” açıqlamasını vermişdi. Göründüyü kimi, o, cəmi bir ildən sonra vədinə xilaf çıxdı. Qvardiolanın digər köməkçisi isə böyük ehtimalla Kolo Ture olacaq. Futbolçu kimi “Arsenal”, “Siti” və “Liverpul”da top qovmuş 41 yaşlı Turenin buna qədər Qvardiola ilə heç vaxt yolu kəsişməyib.
O daha öncə “Seltik” (2017-19) və “Lester”də (2019-22) Brendan Rocersin köməkçisi kimi çalışıb. 2022-ci ildə çempionşip təmsilçisi “Uiqan” ilə 3,5 illik müqavilə imzalasa da, uğursuz nəticələr üzündən cəmi iki ay sonra qovulmuşdu. Həmin vaxtdan bəri Ture, demək olar, heç yerdə işləməyib.
3-cü köməkçinin də adı bəlli olandan sonra onların hamısının birdən təyinatı açıqlanacaq. “Siti”nin klublararası DÇ-yə yenilənmiş məşqçilər korpusu ilə yollanacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 İyun 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri