Icma.az
close
up
RU
Qvardiola Real ı neçənci dəfə məğlub etdi?

Qvardiola Real ı neçənci dəfə məğlub etdi?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqasında əsas mərhələnin 6-cı turunun mərkəzi oyunu Madriddə keçirildi.
"Football-plus.az" xəbər verir ki, son illər yolları tez-tez kəsişən ''Real'' ilə ''Mançester Siti'' növbəti dəfə üz-üzə gəldi. Madrid nəhəngi çətin dönəmdən keçməsi azmış kimi bu oyunda zədə üzündən əsas qol silahı Kilian Mbappenin də xidmətindən istifadə edə bilmədi. ''Kral klubu'' Rodriqo ilə ilk yarının ortalarında hesabı açsa da, qonaqlar hələ fasiləyə qədər O'Rayli və Holannın qolları ilə önə keçdi. Bu hesab sona qədər dəyişmədi və ''Siti'' ''Bernabeu''nu 2:1 fəth edərək ötən mövsümkü məğlubiyyətin qisasını aldı.
Mətbuatda bu matçdakı məğlubiyyətin baş məşqçi Xabi Alonsoya baha başa gələcəyi qeyd olunurdu. Amma hələlik istefa xəbəri yoxdu. Futbolçular da matçın ardından Alonsoya dəstək veriblər.
La Liqada liderliyi ''Barselona''ya verən ''Real''ın son 8 rəsmi oyunda cəmi 2 qələbəsi var. Alonsonun başçılığı altında komanda indiyə qədər 28 oyundan 19 qələbə, 4 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb. Yeri gəlmişkən, Xosep Qvardiola baş məşqçi kimi ''Real''a qarşı keçirdiyi 28-ci rəsmi oyunda 14-cü qələbəyə sevindi (7 heç-heçə, 7 məğlubiyyət). O, futbol tarixində ''Real''ı ən çox məğlub edən məşqçilər siyahısında 3-cü pillədədi və bu göstəricidə yalnız Elenio Errera (22) və Luis Araqonesdən (16) geri qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri