Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmunu dəqiqləşdiriləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
"Telekommunikasiya haqqında" Qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu müəyyən edir.
Qanun layihəsində bildirilib ki, qeyd olunan müddəada işlədilən "standart, norma və qaydalar" və "telekommunikasiya xidmətlərinin standartları" ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.
Qeyd edilib ki, təklif olunan dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsinə və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















