Icma.az
close
up
RU
“Radikal qruplar İranı fəlakətə sürükləyir”

“Radikal qruplar İranı fəlakətə sürükləyir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Əli Zülfüqaroğlu: “Tehran ətrafında həlqə getdikcə daralır”

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin Ermənistanın İctimai televiziyasına müsahibəsi diqqət çəkib. XİN rəsmisi Tehranın Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılıq əldə etməsini yüksək qiymətləndirdiyini söyləyib. Həmçinin İranın Ermənistanın Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini dəstəklədiyini və onun bir sıra üstünlüklərinin olduğunu deyib.
Rəvançinin Ermənistanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrini dərinləşdirməsi ilə bağlı suala cavabı isə xüsusi maraq cəlb edib. O, münasibətlərin inkişafının ölkələrin daxili işi olduğunu, Tehranın İrəvanın qərarlarına müdaxilə etmək niyyətində olmadığını bildirib. Bu fikirlər, Erməstanı özü üçün “qırmızı xətt” adlandıran İranın Aİ rəsmilərinin uzun müddətdir sərhəddəki kəşfiyyat fəaliyyətinə səssiz qalması fonunda birmənalı qarşılanmayıb. Həmçinin İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini təkrar gündəmə gətirib.
“Sülh kəsişməsi” layihəsini dəstəkləyən, İrəvanın Qərblə yaxınlaşmalarına susan İran, dəhlizlə məsələsində niyə Bakı ilə əks mövqedə dayanır? Tehranın qorxusunun səbəbi nədir?
Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük maneə İrandır: “İran Xarici İşlər nazirinin müavini Məcid Taxt-Ravançinin fikirləri rəsmi Tehranın mövqeyinin açıq ifadəsidir və düşdüyü çətin duruma baxmayaraq dəyişmədiyini göstərir. İran mütəmadi olaraq həm ABŞ, həm də Avropa İttifaqının maraqlarına xidmət edən siyasət yürüdüb. Əksər hallarda da bu siyasət Türkiyəyə qarşı olub. İran çalışır ki, türk dünyası güclənməsin və buna görə də Avropa İttifaqının maraqlarının təmin olunmasına razıdır.
Keçmiş prezident Co Bayden dönəmindən fərqli olaraq hazırkı ABŞ administrasiyası Tehrana qarşı sərt siyasət yürüdür. İran Yaxın Şərqdəki mövqelərini itirməkdə davam edir. Amma bütün bunlara rəğmən Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən əl çəkmir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, İranın Qərbin hazırladığı “Sülh kəsişməsi” layihəsini dəstəklədiyini rəsmən bəyan etməsi real mənzərəni ortaya qoyur: “Yəni Tehran müsəlman ölkəsi olan Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz gediş gəlişin təmin olunmaması üçün xristian Ermənistanın maraqlarının həyata keçməsinə çalışır. Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olduğunu önə sürməklə “şeytan”la dostluq etdiyini ortaya qoyur.
İran Prezidenti Məsud Pezeşkianın normallaşma siyasətini əngəlləyən və bunun üçün mütəmadi olaraq SEPAH-a bağlı media tərəfindən təhdid və şantaj xarakterli məlumatlar yayan, həmçinin ali dini liderə qarşı da təsir imkanlarına sahib olan İran idarəçiliyinə hakim radikal mühafizəkar qruplar, əslində həm də İranı fəlakətə sürükləyir və bu ölkənin parçalanması üçün hər şey edirlər.
Bu gün Tehran ətrafında həlqə getdikcə daralır. Radikal qrupların müəyyənləşdirdiyi xarici siyasi kurs İranın dünyadakı nüfuzunun daha da zədələnməsinə gətirib çıxarıb. İranın Suriyada konsulluğunun vurulması, HƏMAS-ın keçmiş siyasi rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi, ABŞ Prezidenti Donald Trampın açıq dillə təhdidinin qarşısında verilən qorxaq bəyanatlar yürüdülən yanlış siyasətin nəticəsidir. Husilərə dəstəyin kəsilməsi, İraqda İrana bağlı qüvvələrin tərksilah ediləcəyinə dair yayılan məlumatlar İranın dünya siyasi səhnəsində rüsvayçı duruma düşdüyünü göstərir. Radikal qrupların müəyyənləşdirdiyi siyasətin nəticəsi məhz budur”.
Ekspert vurğulayıb ki, İran baş verənlərə rəğmən bölgə ilə bağlı yanlışlarını davam etdirir: “Halbuki Qərbi bölgəyə Azərbaycan deyil, Ermənistan gətirib. Yəni nə qədər ki, İranın daxilində islahatlar aprılmayacaq, hökumətin diplomatiyası ənənəvi siyasətə, radikalizmə əsaslanacaq, İranın nəinki dünya, eyni zamanda qonşu dövlətlərlə münsibətlərində problemlər aradan qalxmayacaq. Bu siyasət ilk növbədə İran dövlətçiliyini təhdid edir və getdikcə daha təhlükəli vəziyyət yaranır.
İstənilən halda geosiyasi proseslər onu deməyə əsas verir ki, Tehranın hansı siyasi kursu yürüdəcəyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri