Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Radikal dini qruplar Azərbaycan Türkiyə birliyini hədəf alıb ŞƏRH

Radikal dini qruplar Azərbaycan Türkiyə birliyini hədəf alıb ŞƏRH

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Son günlər Türkiyədə bəzi media orqanlarında, eləcə də bir qrup radikal dini kəsimin nümayəndələri tərəfindən Azərbaycan-İsrail dostluq münasibətlərinə qeyri-obyektiv, qərəzli və sağlam olmayan mövqe sərgilənməsi təəssüf doğurur. Təbii ki, Azərbaycanla Türkiyə "bir millət, iki dövlət"dir və bu qardaşlığa heç bir qüvvə xələl gətirə bilməz. O səbəbdən ilk və son olmayan belə cəhdlər həmişə uğursuz olub və olacaq. Lakin İsrail-HƏMAS müharibəsindən sui-istifadə edərək, Azərbaycana qarşı bəzi qüvvələrin qarayaxma kampaniyası aparması və bəzi dini kəsimi də buna alət etməsi məkrli planların tərkib hissəsi kimi qəbul edilməlidir. Burada radikal dini qrupların canfəşanlığı açıq görünür. Məlumdur ki, onlar Bakını İsrailə neft satmaqda suçlayaraq Azərbaycanı İslam dünyasında gözdən salmağa çalışır. Güya Bakı nefti ilə İsrail tankları Fələstində müsəlmanlara qarşı faciələr törədirlər və s. Azərbaycanvə Türkiyə dostluğunun düşmənləri müxtəlif fantaziyalar uydururlar. İstənilən halda qardaş Türkiyədə bəzi media qurumlarının ya bilərəkdən, ya da fərqində olmadan bu oyunların içində yer almaları üzücüdür. Dünya bazarına neft ixrac edən onlarla ölkə var, İsrail özünə lazım olan nefti başqa ölkələrdən də alır. Ötən il İsrail 117 ölkəyə məhsul ixrac edib, 192 ölkədən isə məhsul alıb. 2024-cü ildə İsrail məhsullarının ən çox ixrac edildiyi 15 ölkə arasında - ABŞ, Çin, Almaniya, İtaliya ilə yanaşı Türkiyə də var. İsrail bu ölkələrdən elektronika və kimyəvi məhsullar, dərman məhsulları, maşınqayırma avadanlıqları və elektronika məhsulları idxal edib. Azərbaycan isə İsrailin idxal və ixrac statistikasında ilk 15-likdə belə deyil. Bu da göstərir ki, Azərbaycan bəzi qruplar tərəfindən məqsədli şəkildə hədəf götürülür. Anlamırlar ki, Azərbaycan-Türkiyə arasında nifaq yaratmaq cəhdləri sadəcə bu iki ölkəyə qarşı deyil, bütövlükdə türk dünyasına yönəlik addımlardır. Ötən gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev də bu məsələyə toxunub və qeyd edib ki, Türkiyənin daxilində üçüncü dövlətlərə xidmət edən qüvvələr var. F.Şəfiyev bildirib ki, məhz həmin qüvvələr Azərbaycan-İsrail münasibətlərini qabardaraq Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışırlar: “Türkiyədə bəzi ekspert və siyasətçilər bu meyildən çıxış edirlər. Ona görə də biz türk birliyinə yönələn fikirlərə qarşı daha diqqətli olmalı və onların qarşısını vaxtında almaq üçün əməli addımlar atmalıyıq”.

Nəzərə alaq ki, Azərbaycana qarşı Qərbin silah embarqosu və siyasi basqınlar zamanı İsrail birmənalı Azərbaycanın yanında olub. Digər tərəfdən Azərbaycan Fələstinə dəstəyini əsirgəməyib. Humanitar sahədə yardımlarını davam etdirib. Azərbaycan İsrail-Fələstin probleminin həllinin BMT Nizamnaməsinə uyğun və iki dövlət prinsipi üzərində görür.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları da böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib. H.Hacıyev Türkiyədə bəzi jurnalist dostlara və media nümayəndələrinə səslənib: "Yazırlar ki, Azərbaycan “sionist rejimini” dəstəkləyir, Azərbaycan Qəzzaya və Fələstinə qarşıdır. Ümumiyyətlə belə şeyləri yazmaq qardaş ölkənin jurnalistlərinə yaraşmır. Hər şeydən öncə Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş bir dövlətdir və bu 30 ildə qardaş Türkiyədən başqa bizə heç kim dəstək vermədi. Bizə Avropada silah embarqosu tətbiq edildi, bu embarqo zamanı İsrail bizə silah satıb, biz bunu gizlətmirik və bundan qorxmuruq. İsrailin satdığı silahların isə pulunu verib almışıq. Lakin məsələ yalnız silah deyil. Azərbaycan türk ənənələrinə uyğun olaraq Osmanlıda olduğu kimi hər zaman zülm görən xalqlara qarşı öz evini açıb, onlarla öz çörəyini bölüşüb. Sovetlər dağıldıqdan sonra yəhudilərin bir qismi İsrailə getdilər və Azərbaycan ilə İsrail arasında bir könül bağı qurdular, bizim həqiqətlərə hər zaman dəstək oldular”.

"Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Bakivaxtı.az"a deyib ki, Azərbaycanın müxtəlif ölkələrlə münasibətləri, ittifaqı, tərəfdaşlığı hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Ekspert vurğulayıb ki, ən yaxın müttəfiqimiz olan Türkiyə ilə Azərbaycanın ittifaqı da heç kimə qarşı deyil:

"O cümlədən Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi də birbaşa hansısa ölkəyə qarşı deyil. İttihamlar səslənirdi ki, niyə Azərbaycan İsraillə əməkdaşlıq edir və s?! Həmin qüvvələrin diqqətinə dəfələrlə çatdırılıb ki, Bakı-Təl-Əviv müttəfiqliyi heç vaxt hansısa ölkəyə qarşı çevrilməyib. Azərbaycanın bir çox dövlətlə tərəfdaşlıq münasibəti var və bu məqam dəfələlər ayrı-ayrı ölkə rəsmilərinin diqqətinə çatdırılıb. Azərbaycan Ermənistanla 44 günlük müharibədə Türkiyə və İsraildən müasir silahlar alıb. Bu silahların qələbədə önəmli rolu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevin söylədiyi kimi Ceyhan limanı üzərindən neft satılır. Hansı ölkələr, hansı şirkətlər nefti alırsa, bu məsələ artıq Bakını o qədər maraqlandırmır. Kim daha münasib qiymət təklif edirsə, neftimizi alır. Ona görə də burada xüsusi olaraq İsraili qabartmaq, "Azərbaycan neftindən güc aldığını" iddia etmək doğru deyil".

Analitik qeyd edib ki, İsrail Azərbaycanla yanaşı, digər dövlətlərdən də neft ala bilər:

"Niyə sadəcə Azərbaycanın adı çəkilir? Qardaş Türkiyədə bu məsələnin bəzi dairələr tərəfindən şişirdilməsi təəssüf doğurur. Bu məsələyə daha dözümlü yanaşan Türkiyə hakimiyyəti cəmiyyətə də həmin mesajları ötürməlidir. Həmin qüvvələr anti-Azərbaycan mövqeyindən vaz keçməlidirlər. Çünki bundan ancaq düşmənlərimiz, Ermənistan sevinəcək. Azərbaycan və Türkiyə arasında təfriqədən bu iki ölkəni istəməyənlər, ümumən türk dünyasına düşmən olanlar sevinə bilərlər. İndiki məqamda Bakıda İsrail və Türkiyə danışıqları gedir, müəyyən razılaşmalar var. Biz İsraillə tərəfdaşlıq qurmaqda sərbəstik".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri