Icma.az
close
up
RU
İranı fəlakətə sürükləyən FƏRMAN

İranı fəlakətə sürükləyən FƏRMAN

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırılması barədə fərman verib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

“Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran fərman verib”, - adıçəkilən informasiya orqanı belə qeyd edir.

İyunun 29-da İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın MAQATE ilə qarşılıqlı fəaliyyətinin bərpasının mümkünlüyünü açıqlayıb.

Onun sözlərinə görə, beynəlxalq agentlik öz öhdəliklərini layiqincə yerinə yetirməyə başlasa, bu, reallığa çevriləcək. 

Bundan əvvəl İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İran hakimiyyətinin MAQATE ilə əməkdaşlığını dayandıran qanunu rəsmən dərc etdiyini bildirib.

Spiker agentliyi İsrailin “mühafizəçisi və xidmətçisi” adlandırıb. O bildirib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin olunmayana qədər MAQATE ilə əməkdaşlığı davam etdirmək mümkün deyil.

MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi bu yaxınlarda verdiyi açıqlamada İranda yoxlamaları mümkün qədər tez bərpa etməyə çağırıb. 

Rəsmi Tehran MAQATE ilə əməkdaşlığın dayandırılmasını Beynəlxalq Atom Enejisi Agentliyinin fəaliyyətini səmərəsiz hesab etməsi ilə əsaslandırır. Çox güman ki, MAQATE ilə əməkdaşlığa xitam verən qanun layihəsinin tələskənliklə hazırlanıb parlamentdə qəbul edilməsi və sonra da prezident tərəfindən təsdiqlənməsi İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin siyasi sifarişidir. 

Hətta İslami Şurası Məclisində qanun layihəsinin əleyhinə səs verən olmayıb. Belə ki, 223 deputatın 221 nəfəri lehinə, 1 nəfəri bitərəf olmaqla MAQATE ilə əməkdaşlığa son qoyulmasını dəstəkləyib.

İran hökumətinin nümayəndəsi Fatimə Mühacirani MAQATE-ni İranın nüvə obyektlərinə aviazərbələrin endirilməsini, həmçinin iranlı nüvə alimlərinin və yüksək rütbəli hərbçilərin öldürülməsini pisləyən bəyanat verməməkdə ittiham edib.    

Lakin həm İran rəsmilərinin, həm də MAQATE-nin rəhbəri Rafael Qrossinin açıqlamaları tərəflər arasında yaranmış gərginliyin əsl səbəbinin agentliyin aviazərbələri tənqid etməsi ilə bağlı olmadığını göstərir.

Rafael Qrossi bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, İranda yoxlama işləri davam etməlidir. “Əks təqdirdə, İranda nə baş verdiyini heç kim bilməyəcək... İndi kommunikasiyaları bərpa etmək lazımdır ki, bu da son ağrılı hadisələrdən sonra asan məsələ deyil”. 

Tehran Bələdiyyəsinin orqanı olan “Hamshahri” portalı isə yazır ki, Qrossinin yeganə məqsədi ABŞ-ın Fordoya hücumundan əvvəl naməlum yerə daşınmış zənginləşdirilmiş materialların (uranın-red.) taleyini öyrənmək və sonrakı hücumlara yol açmaq üçün onları “sionist”lərə təqdim etməkdir. 

“Bloomberg” agentliyi ABŞ və İsrailin hücumlarından sonra İranın 409 kiloqram zənginləşdirilmiş uranının yerinin bilinmədiyini və anbarın elan olunmamış yerə köçürülə biləcəyini qeyd edir.

“ABŞ və İsrailin agentlik tərəfindən fiziki təftiş olmadan İranın zənginləşdirilmiş uranının statusu və yeri haqqında dəqiq məlumat əldə etmək agentliyə girişin bərpası üçün danışıqlar aparılmaya qədər və ya hərbi əməliyyatlar olmadan faktiki olaraq mümkün deyil. Lakin İsrailə qarşı son hücumların yüksək qiyməti (12 milyard dollar) və ABŞ-dəki daxili parçalanmalar hərbi variantı çətinləşdirib”, -deyə “Bloomberg” yazır.

Göründüyü kimi, İran rejimi MAQATE-nin müfəttişlərinin zənginləşdirilmiş uran ehtiyatının yerini İsrail və ABŞ kəşfiyyatına ötürəcəyindən narahatdır. Bu isə İrana qarşı növbəti hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

İsrail hökuməti İran nüvə proqramından imtina etməyənə qədər güc tətbiqi variantının qüvvədə qaldığını bildirir. Yəni atəşkəs sülh demək deyil və Naş nazir Benyamin Netanyahunun hər an “atəş” əmri verəcəyi istisna edilmir.

İran rəhbərliyinin nüvə proqramını davam etdirəcəyi barədə bəyanatları müharibə risqinin yenidən artdığını göstərir. Artıq Seyid Əli Xameneyi dağılmış nüvə tədqiqat mərkəzlərinin bərpa olunması barədə göstəriş verib.

Eyni zamanda, MAQATE ilə əməkdaşlığın dayandırılması İranın dinc məqsədlərlə nüvə proqramından imtina etməsi deməkdir. Yəni İran ABŞ-la danışıqları bərpa etmədən öncə beynəlxalq müşahidəçiləri nüvə obyektlərinə buraxmamaq barədə qanun qəbul edib.

Bu da öz növbəsində, ABŞ-nin şərtlərinin bəri başdan imtina edilməsi deməkdir. İranın belə sərt addımları atəşkəsin uzunmüddətli olacağına şübhə yaradır.

Müşfiq Abdulla    
“Cebheinfo.az”

Açar sözlər: İran Beynəlxalq Atom Enerjisi Agentliyi Pezeşkian

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see347

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see336

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see266

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see259

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see248

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see245

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see233

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see228

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see224

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see222

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see211

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see205

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see199

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see199

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see195

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see187

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see182

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see179

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri