Rafael Fiziyev: Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Rafael Dos Anyosun zərbələrindən sonra gözlərimin önündə ulduzları gördüyümü xatırlayıram".
Oxu.Az-ın xəbərinə görə, bunu Rafael Fiziyev "Home of Fight"a müsahibəsində deyib.
"Mənim özüm də güclü zərbə endirə bilirəm. Deyilənə görə, İlya Topuriyanın bərk zərbəsi var. Fikrimcə, Oliveyranı nokaut etmək üçün gücüm çatacaq. Mənə elə gəlir ki, o, Çarlz Topuriya tərəfindən nokaut edildikdən sonra başqa birisi olacaq. Deyirlər ki, bu cür məğlubiyyətlərdən sonra döyüşçülər keçmiş səviyyəyə qayıtmırlar", - deyə Fiziyev UFC-də yüngül çəki dərəcəsi üzrə rəqibləri barədə danışarkən bildirib.
Xatırladaq ki, Fiziyev oktyabrın 12-də Braziliyada UFC turnirindən Çarlz Oliveyraya qarşı növbəti döyüşünü keçirəcək.
Qeyd edək ki, Oliveyra son döyüşündə İlya Topuriyaya nokautla uduzub, Fiziyev isə Bakıda İqnasio Bahamondesə hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 Avqust 2025 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















