Icma.az
close
up
RU
Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfirini qəbul etdi FOTOLAR

Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfirini qəbul etdi FOTOLAR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 28-də Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, Geogold Karpatia şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.

Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi,  bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair xəritələrin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin tədbir iştirakçılarına yerüstü və yeraltı suların idarə olunması ilə bağlı ətraflı məlumat təqdim edilib.

Tədbirin açılışında çıxış edən xidmət rəisi Rafiq Aslanov beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, müasir çağırışlara cavab vermək üçün bu sahədə geniş və səmərəli əməkdaşlıq zəruridir. O qeyd edib ki, xidmət bu istiqamətdə bir sıra strateji prioritetlər müəyyənləşdirib. Xüsusilə, yeraltı su ehtiyatlarının yenidən və daha dəqiq qiymətləndirilməsi, müşahidə və monitorinq sistemlərinin avtomatlaşdırılması, eləcə də müasir tələblərə cavab verən hidrogeoloji xəritələrin hazırlanması əsas hədəflər kimi qarşıya qoyulub. Xidmət rəisi vurğulayıb ki, bu tədbirlər yalnız xidmətin fəaliyyətinin səmərəliliyini artırmaqla kifayətlənməyəcək, eyni zamanda ölkənin su təhlükəsizliyi və ekoloji balansının qorunmasına da mühüm töhfə verəcək.

Səfir Tamas Tarma da çıxış edərək, səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, Macarıstan suların idarə olunması sahəsində dünyada qabaqcıl ölkələrdən biridir. O, həmçinin vurğulayıb ki, Macarıstanın “Geogold Karpatia” şirkəti Bosniya və Herseqovina, Özbəkistan, Rumıniya və Tanzaniya kimi ölkələrdə mühüm layihələr həyata keçirib. Bunlara Tanzaniyanın şimalında və Rumıniyanın kəndlərində içməli su axtarışları, eləcə də Bosniya və Herseqovinada su qıtlığı olan ərazilərdə su tədqiqatları daxildir.

Şirkət nümayəndəsinin təqdimatında isə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunması, MAR texnologiyasının tətbiqi ilə yeraltı su ehtiyatlarının artırılması, quraqlığın monitorinqi sisteminin qurulması, təlim və bacarıqların artırılması istiqamətində təkliflər səsləndirilib.

Qeyd edək ki, Geogold Karpatia şirkəti 2002-ci ildən fəaliyyət göstərir və 2005-ci ildən struktur dəyişikliyi ilə hidrologiya, geologiya və geofizika sahələrində ixtisaslaşıb. Şirkət Macarıstanın Xarici Ticarət və Əlaqələr qurumu ilə sıx əməkdaşlıq edərək beynəlxalq layihələr həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see277

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see236

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see234

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see225

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see225

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see193

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see170

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see160

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see146

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see146

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see142

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see138

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see137

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see137

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see134

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see131

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see123

Bu bibərlərin insan orqanizminə faydaları

17 Dekabr 2025 02:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri