Icma.az
close
up
RU
Rafiq Hunaltay: Milli Marketinq Forumu minlərlə peşəkarın bir araya gəldiyi platformaya çevrilib

Rafiq Hunaltay: Milli Marketinq Forumu minlərlə peşəkarın bir araya gəldiyi platformaya çevrilib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"On il ərzində Milli Marketinq Forumu (MMF) minlərlə peşəkarın bir araya gəldiyi, ideyaların doğulduğu və əməkdaşlıqların qurulduğu unikal bir platformaya çevrilib".

"Facemark" və "Fil Agency" şirkətlərinin təşkilatçılığı ilə Milli Marketinq Forumu "Neoklassika" konsept mesajı ilə 9-10-11 may tarixlərində forumun ilk dəfə keçirildiyi yerdə - "28 Mall CinemaPlus"da keçiriləcək. Ölkənin ən böyük biznes tədbirlərindən olan forumda sahibkarlar, marketinq sahəsində çalışanlar, PR və reklam mütəxəssisləri, brend menecerlər, məhsul menecerləri, bazar araşdırmaları mütəxəssisləri iştirak edəcəklər.

Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik:

"Facemark" şirkətinin təsisçisi - Rafiq Hunaltay

- Bildiyimiz kimi, Milli Marketinq Forumu bu il 10-cu ilini qeyd edir. Bu illər ərzində forum ölkədə marketinq sahəsinin inkişafına mühüm töhfələr verib, yerli və beynəlxalq peşəkarları bir araya gətirərək fikir mübadiləsi üçün önəmli platformaya çevrilib. MMF-2025 bizə nələr vəd edir?

- Milli Marketinq Forumu 2025 bu il 10 illik yubileyini "Neoklassika" konsepti ilə qeyd edərək, klassik marketinq prinsiplərini müasir yanaşmalarla birləşdirəcək. Forum iştirakçılara yalnız nəzəri bilik deyil, real təcrübələr, uğurlu kampaniyaların detalları və aktual trendlərlə tanış olmaq imkanı yaradacaq. Rəqəmsal transformasiyadan tutmuş istehlakçı psixologiyasına qədər bir çox mövzu ətrafında dərin müzakirələr aparılacaq, həmçinin forum şəbəkələşmə, əməkdaşlıq və ilham mənbəyi kimi çıxış edəcək. Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olunacaq, bundan başqa hədiyyələr və lotereyalarla sürprizlər gözlənilir. MMF-2025 bilik, təcrübə və yeni imkanların bir araya gəldiyi unikal platformadır.

- İllər ərzində Milli Marketinq Forumu hansı istiqamətlər üzrə inkişaf edib? İlk forumla bu ilki, yəni 10-cu yubiley forumu arasında məzmun, format, iştirakçı sayı, spiker keyfiyyəti və ümumi təsir baxımından hansı əsas fərqlər var?

- İllər ərzində Milli Marketinq Forumu təkcə iştirakçı sayı ilə deyil, həm də məzmunun dərinliyi, formatın çevikliyi, spikerlərin peşəkarlığı və ümumi təsir gücü ilə əhəmiyyətli dərəcədə inkişaf edib. İlk forumlarda əsasən ümumi biliklər və yerli təcrübələr paylaşılırdısa, bu gün MMF artıq beynəlxalq səviyyəli spikerlərin çıxış etdiyi, "real case study"lərin müzakirə olunduğu, praktiki sessiyaların yer aldığı və yüzlərlə iştirakçını bir araya gətirən strateji platformaya çevrilib. Bu 10 il ərzində forum marketinq sahəsinin inkişafına güclü təkan verərək, ölkədə bu sahənin əsas istiqamətverici tədbirinə çevrilib.

- On il ərzində forum minlərlə peşəkarın bir araya gəldiyi, ideyaların doğulduğu və əməkdaşlıqların qurulduğu unikal bir platforma olub. Bu 10 il ərzində forumun yerli marketinq mühitinə konkret olaraq hansı təsirlərinin olduğunu düşünürsünüz?

- On il ərzində Milli Marketinq Forumu, minlərlə peşəkarın bir araya gəldiyi, ideyaların doğulduğu və əməkdaşlıqların qurulduğu unikal bir platformaya çevrilib. Forumun yerli marketinq mühitinə təsiri isə çoxşaxəlidir. İlk növbədə, bu forum peşəkarların biliklərini yeniləməsi və beynəlxalq təcrübələri öyrənməsi üçün mühüm imkan yaradıb. Eyni zamanda, forum yerli bazarda marketinqin yalnız reklamdan ibarət olmadığını göstərərək, strateji düşüncə tərzinin formalaşmasına təkan verib. Burada qurulan əlaqələr yeni əməkdaşlıqların, layihələrin və hətta yeni brendlərin yaranmasına səbəb olub. Forum həm də gənc marketoloqlar üçün ilham və motivasiya mənbəyinə çevrilərək, ölkədə bu sahənin inkişafına real töhfələr verib.

- Maraqlıdır, bu illər ərzində ən uğurlu hesab etdiyiniz Milli Marketinq Forumu hansı olub?

- Bu illər ərzində keçirilən Milli Marketinq Forumlarının hər biri öz dövrünün ehtiyaclarına uyğun şəkildə formalaşıb və müsbət iz buraxıb. Amma ümumi rəyə və statistikaya əsaslansaq, son illərdə - xüsusilə də 2023 və 2024-cü illərdə keçirilən forumlar həm iştirakçı sayı, həm proqramın zənginliyi, həm də peşəkar auditoriya baxımından daha geniş təsirə malik olub. Bu forumlar artıq yalnız məlumat paylaşmaq deyil, həm də real əməkdaşlıqların qurulduğu, yeni layihələrin və trendlərin müzakirə edildiyi bir mərkəzə çevrilib. Deyə bilərik ki, hər il MMF bir il əvvəlkini üstələyərək ölkədə marketinq düşüncəsinin formalaşmasına və inkişafına mühüm töhfələr verir

Milli Marketinq Forumunun layihə koordinatoru - Kənan Ali

- Milli Marketinq Forumu 2025 üzrə bizi hansı panellər və spikerlərin çıxışları gözləyir?

- Milli Marketinq Forumu 2025-də iştirakçıları marketinq dünyasının ən aktual trendlərini əhatə edən 9 əsas panel və fərdi "keynote spiker" sessiyaları gözləyir. Spiker heyəti həm yerli, həm də beynəlxalq tanınmış marketinq liderlərindən, reklam agentliklərinin rəhbərlərindən, brend menecerlərdən və innovasiya sahəsində tanınmış adlardan ibarət olacaq.

- Bu il forumda neçə panel müzakirəsi nəzərdə tutulub və bu panellər hansı əsas mövzular ətrafında formalaşıb?

- 2025-ci ildə ümumilikdə 9 panel müzakirəsi nəzərdə tutulur. Hər bir panel real bazar ehtiyacları, yerli bizneslərin transformasiyası və dünya üzrə marketinq trendlərinə uyğun olaraq formalaşdırılıb.

- Hazırkı ana görə təşkilati işlər hansı mərhələdədir?

- Hazırda Milli Marketinq Forumu 2025-lə bağlı təşkilati işlər son sürətlə davam edir. Komanda bütün istiqamətlər üzrə intensiv şəkildə çalışır və aşağıdakı əsas mərhələlər üzrə işlər artıq aktiv fazadadır:

Spiker və panel iştirakçılarının siyahısı demək olar ki, tam formalaşıb. Forumun əsas panel mövzuları müəyyənləşdirilib və proqram üzərində son əlavələr edilir. PR və kommunikasiya planı işə salınıb - sosial media, media tərəfdaşları və reklam inteqrasiyaları üzrə fəaliyyət gedir. Sponsor və tərəfdaşlarla əməkdaşlıqlar üzərində konkret razılaşmalar əldə olunmaqdadır.

Forumun uğurlu keçməsi üçün bütün komanda peşəkar şəkildə və motivasiya ilə çalışır.

Qeyd edək ki, bu ilki forumda fiziki iştirak (offline) və onlayn ("Meta" platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.

MMF-ə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/MilliMarketinqForumu

Instagram: https://www.instagram.com/milli_marketinq_forumu/

Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri