Icma.az
close
up
RU
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib ARAŞDIRMA

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib ARAŞDIRMA

Icma.az, Tribuna saytına istinadən bildirir.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC son illər bir xeyli tender keçirib. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmalar zamanı məlum olan odur ki, 2024-cü ildə bəlli olan bel tenderlərin sayı 31 olub.

Bu tenderlərdə nazirliyin tabeliyində olan qurum 14 milyon 156 min 934 manat xərcləyib. Bu vəsaitlərin əsas hissəsi isə təmir və tikinti işlərinə sərf olunub. İlkin hesablamalar zamanı bəlli olub ki, Əsaslı Tikinti və Təchizat MMC Goranboydan başlamış Bakıya qədər əksər Heydər Əliyev Mərkəzlərinin təmirini həyata keçirib. Bunun üçün il ərzində isə 4 milyon 791 min 158 manat xərc çəkməli olub.

Lakin bu prosesdə diqqəti çəkən məqamlar bir neçədir. Birinci məqam odur ki, tikinti və təmir işləri 2023-cü ildə olduğu kimi, ötən il də eyni şirkətlər arasında proporsiya ilə bölünüb. Sanki, razılaşdırılmış şəkildə həyata keçirilib. Məsələn, ŞƏMKİR TİKİNTİ-18 ASC 2023-cü ildə olduğu kimi, ötən il də 3 tender udub və sözügedən qurumun ən çox qazanan şirkətləri sırasında birinci olub. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Goranboyda Heydər Əliyev Mərkəzinin və Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərini ŞƏMKİR TİKİNTİ-18 həyata keçirib. Bu işlərin müqabilində isə Mədəniyyət Nazirliyi bu şirkətə 1 milyon 728 min 74 manat ödəyib.

Təmir işlərində Əsaslı Tikinti və Təchizat MMC-nin ikinci əsas partnyoru “Qara Qaya” MMC-dir. Bu şirkətlə nazirliyin tabelyində olan qurum arasında iki satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrin ümumi dəyəri isə 1 milyon 79 min 142 manat olub.

Say baxımından Əsaslı Təmir və Təchizat MMC-nin “dostluq” etdiyi bir başqa şirkət isə “BAKU BUILDING” MMC olub. Tribunainfo.az bildirir ki, bu şirkətlə ötən il müqavilə imzalanıb. Onların ümumi dəyəri də 349 min 259 manat təşkil edib.

Bundan başqa, Mədəniyyət Nazirliyinin tabeliyində olan sözügedən qurum “KONEKS CONSTRUCTİON” MMC ilə 390 min 530 manatlıq, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə 656 min 700 manatlıq satınalma müqavilələri də bağlayıb.

İşin maraqlı tərəflərdindən olan ikinci məsələ isə odur ki, sözügedən qurum bəzi rayonlarda gördüyü işlərin qiymətlərini ya şişirdib, ya da təmir işlərinə xərclədiyi pullar arasında disbalans yaradıb. Məsələn, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC Gəncədə Heydər Əliyev Mərkəzinin əsaslı təmirinə 253 min manat xərclədiyi halda, Siyəzəndə yalnız cari təmir işlərinə 400 min manatdan bir qədər çox sərf edib. Bunun özü də kifayət qədər şübhəlidir ki, bu qədər disbalans niyə yaranıb.

Bu qurumun ən çox pul xərclədiyi sahələrdən biri də mebellə bağlı olub. Belə ki, ötən il Əsaslı Təmir və Təchizat MMC təkcə “Qardaşlar Mebel” MMC-dən 919 min manatlıq mebel alıb.

MMC-nin ən bahalı tenderləri sırrasında isə Yaradıcı Azərbaycan layihəsi olub. Bu məqsədlə Əsaslı Tikinti və Təchizat MMC 4-5 şirkətlə əməkdaşlıq edib. Lakin ən bahalı satınalma işi isə “ADMEDİA.AZ” MMC ilə olub. Belə ki, bu şirkətlə iki tender anlaşması olub və xərclənən vəsait 2.5 milyon manat təşkil edib.

Eyni layihə çərçivəsində bir ildə “PROSPER” MMC ilə 449 min 285 manat, “SUP VC” MMC ilə 658 min 440 manat, “STRİX” MMC ilə isə 818 min 267 manatlıq müqavilə imzalanıb.

Sual oluna bilər ki, Mədəniyyət Nazirliyinin qurumu niyə bir ildə tenderlərə sərf olunmuş vəsaitlərin 30 faizini bir layihəyə sərf edib. Bu sualın cavabı açıq mənbələrdə aydın şəkildə verilib. Məsələ belədir ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil,  “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.

Elə buradan aydın görünür ki, bir ildə “Yaradıcı Azərbaycan Sənayesi” 4 milyon 425 min 992 manat və ya ümumi tenderin 30 faizinin xərclənməsi səbəbsiz olmayıb. Yəni, dövlətin pullarını öz layihəsi üçün sərf edib.

Qurumun qəribə işlərindən biri də odur ki, Əsaslı Tikinti və Təchizat MMC tabeli qurumlara xidmət nəqliyyatı vasitələrinin satın alınmasına 428 min manat xərcləyərək, “YENİ MOTOR” MMC ilə müqavilə imzaladığı halda, bir ildə daşınma xidmətlərində də az vəsait xərcləməyib. Məsələn, paralel olaraq bu məqsədlə ötən il “HIGHTECH SERVICES” MMC ilə 383 min 355 manat anlaşma əldə olunub. Qeyd edək ki, bu ilin fevralın 21-də də həmin şirkətlər eyni məzmuna dair 368 min 235 min manatlıq müqavilə bağlanılıb.

Hərçənd Əsaslı Tikinti və Təchizat MMC tender işlərində “MOZG MEDİA GROUP” MMC-ni də kənarda qoymayıb. Hər il olduğu kimi, ötən ildə bur şirkətlə MMC arasında “tədbir və digər proqramlarda istifadə olunacaq çadırların və digər mallarla təmin edilməsi (icarəsi) xidmətlərinin satın alınması” üzrə 1 milyon 272 min manatlıq razılaşma əldə olunub.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli qərarı ilə yaradılıb.

Yazıda adı keçən şəxs və şirkətlərin də mövqeyini dərc edə bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri