“Rahat” marketdən 400 manatlıq yağ oğurladı Kameraya düşdü
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Rahat” marketdən 400 manatlıq yağ oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, kamera görüntüləri və digər sübutlar əsasında oğurluğu törətmiş 1989-cu il təvəllüdlü S.İsmayılov (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinə əsasən protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə S.İsmayılov hadisə vaxtı sərxoş olduğunu, törətdiyi əməlin mahiyyətini dərk etmədiyini bildirib.
Marketin müdiri isə dəymiş zərərin ödənildiyini və şikayətçi olmadıqlarını qeyd edib.
Bunu nəzərə alan məhkəmə icraata xitam verib və 37 yaşlı kişi inzibati məsuliyyətdən azad edilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 15 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















