Rahim Sterlinq bu kluba keçə bilər
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İngiltərənin "Tottenhem Hotspur" klubu cinah hücumçusu Rahim Sterlinqi azad agent kimi transfer etmək ehtimalını nəzərdən keçirən Premyer Liqa təmsilçilərindən biridir.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, hazırda "Çelsi"dən ayrılan 31 yaşlı futbolçu əvvəlki maaşından xeyli aşağı məbləğə oynamağa razıdır. Belə ki, Sterlinq London klubunda aldığı həftəlik 325 min funt sterlinqdən (təxminən 373 min avro) üç dəfədən az maaşa razı ola bilər.
Bununla belə, "Tottenhem" klubunu futbolçunun hazırkı oyun vəziyyəti tərəddüdə sala bilər. Sterlinq cari mövsümdə hələ heç bir rəsmi oyunda iştirak etməyib, bu da risk amili kimi qiymətləndirilir.
Qeyd edək ki, hücumçunun "Çelsi" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə idi. O, ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Yanvar 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















