Icma.az
close
up
RU
Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”

Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının sabiq üzvü Ramal Hüseynov apasport.az-a müsahibə verib.

- Azərbaycan millisinin hazırkı vəziyyətinin səbəbini nədə görürsən? Səncə, nəyə görə Azərbaycan yığması son matçlarda Haiti və Belarusa uduzdu?
- Azərbaycan millisinin durumu.... Nə danışaq, nə deyək? Həqiqətən də, Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir. Bu barədə danışmaq çox üzücüdür. Çünki millimizi daha yaxşı səviyyədə, daha güclü formada görmək istəyərdik. Amma indiki durum utancverici görünür. Üstəlik, bu cür məğlubiyyətlərə səbəb futbolçunun olmamasıdır. Bu gün millimiz Haiti və Belarusa uduzursa, deməli futbolçularımızın səviyyəsi də elə bərbaddır.

- Fernandu Santuşun bu uğursuzluqda günahı nə qədərdir? Səncə, Santuş bizə kömək edə biləcək?
- Fernandu Santuşun tək günahı bu cür futbolçuları milliyə dəvət etməsidir. Amma baş məşqçi kimi, onun günahı yoxdur. Çünki hər şey ortadadır. Futbolçularımız da bərbad durumdadır.  

- AFFA bundan sonra hansı qərarları verməlidir? Azərbaycan futbolunu, Azərbaycan millisinin perspektivini, gələcəyini necə görürsən?
- AFFA bir qərar verməldiir. O da bütün millini dəyişməldiir. Əsasən də uşaq akademiyalarına fikir vermək lazımdır. Çünki bizim əsas addımımız bu olmalıdır. Akademiyalara önəm verməliyik, onlara şərait yaratmalıyıq. Onları etsələr, inanın ki, çox yaxşı olacaq. Dünyanın hər yerində bu cürdür. Akademiyalara, uşaqlara fikir verməli, şərait yaratmalıyıq ki, futbolumuz inkişaf etsin.

- Tez-tez deyirlər ki, tarixin ən yaxşı və ən istedadlı millisi indikidir. Səncə, indiki millidə futbolçular Avropada özünə klub tapa biləcək futbolçulardır?
- Kim deyir ki, ən istedadlı milli indikidir?! Millinin ən yaxşı vaxtları elə bizim vaxtımızda olub. Bizim vaxtımızda milli komandaya düşmək çox çətin idi. Çünki çox güclü futbolçular var idi. İndi isə inanın kimi gəldi milli komandaya dəvət edirlər. Bu cür milli olmaz. Milliyə gələn futbolçular canla-başla, son nəfəsinə qədər mübarizə aparmalıdır. Çünki milli demək Azərbaycan deməkdir, bunu anlamaq lazımdır.

- Millimiz DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa yığması ilə eyni qrupdadır. Burada daha çox müzakirə edilən Fransaya 0:10 hesablı məğlubiyyətin təkrarlanıb-təkrarlanmamasıdır. Bu haqda fikrin necədir?
- Bəli, qrupdakı rəqiblərlə tanışam. Məncə, qrupumuzda ən güclü rəqib elə Fransadır. Amma indi Ukrayna  da, İslandiya da bizdən çox güclüdür. Hər halda, bütün rəqiblərə qarşı mübarizə aparmaq mümkündür. Fransaya gəldikdə, ümid edək ki, 0:10 hesablı məğlubiyyət təkrar olmaz. Nə deyim? Danışacaq çox şey var. Biz uşaq futbolçulara, aşağı yaş qruplarına, akademiyalara fikir verməliyik. Yoxsa, indiki məqamda millinin hansısa uğurundan söhbət etmək mənasızdır.

"Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir Zümrüd Ağayeva UEFA Millətlər Liqası oyununda Yüksək Liqa: XIII turun təyinatları AFFA "Neftçi"ni cərimələdi Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri