Icma.az
close
up
RU
Ramazan ayında kim oruc tutmalıdır, kim tutmamalıdır? Səfərdə olan şəxslərlə bağlı xüsusi şərt var

Ramazan ayında kim oruc tutmalıdır, kim tutmamalıdır? Səfərdə olan şəxslərlə bağlı xüsusi şərt var

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ramazan bütün dünya müsəlmanları üçün mənəviyyat, özünü təkmilləşdirmə və sədaqət ayıdır. Oruc tutmaq təkcə bədənimizi ac qoymağı deyil, həm də dilimizi, düşüncələrimizi, qəlbimizi və istəklərimizi idarə etməyi tələb edir və bunun saysız-hesabsız mənəvi faydaları vardır. Oruc təqva vasitəsidir. Təqva günahdan çəkinmək, ehtiyatlı olmaq, Allahın haram buyurduğu işlərdən qorxmaq deməkdir. Oruc tutmaq kainatdakı yerimizi və dəyərimizi dərk etməyimizə kömək edir.

Ramazan ayını 11 ayın sultanı adlandırırlar. Ramazan ayı müqəddəs ay hesab olunur. İddialara görə, bu ayda oruc tutmaq insanın günahlarının bağışlanmasına səbəb olmaqla yanaşı, həm də onu mənəvi baxımdan paklaşdırır. Amma Ramazan ayında hamı oruc tuta bilməz.

Ramazan ayında kimlər oruc tutmalıdır?

İnsanın Ramazan ayında orucun vacib olması üçün müsəlman olması, əqli cəhətdən sağlam olması və həddi-büluğa çatması lazımdır. Oruc tutmağı qeyri-mümkün edən xəstəlikləri olan və ya qocalıq səbəbindən oruc tuta bilməyənlər oruc tuta bilmədikləri hər gün üçün bir fidyə ödəməlidirlər. Fidyə ən azı fitrə qədər olmalıdır. Bu miqdar insanı bir günlük qidalandıracaq qida miqdarına və ya onun dəyərinə uyğun gəlir.

Ramazan ayında kimlər oruc tutmamalıdır?

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yetkinlik yaşa çatmayan azyaşlı uşaqlar, İslam şəriətində qız uşaqları doqquz, oğlan uşaqları isə 14 yaşından oruc tutmalıdır.

“Sadalanan yaşa qədər oruc tutmağı Allah vacib etmir. Xəstə olanlara da oruc vacib hesab edilmir. Səhhətində problem yarandığı zaman həmin şəxslər tibb sahəsində olan mütəxəssisə müraciət etməlidir. Həkim müayinə etdikdən sonra bildirsə ki, “Ramazan ayında oruc tutmağın səhhətinə böyük ciddi ziyan vura bilər”, bu zaman həmin şəxs orucdan yayına bilər. Amma hər gün bir fəqiri doydurmaq şərtilə olmalıdır. O da bizim hesablamamıza görə, gündə bir dənə çörək ehsan etməlidir”-deyən ilahiyyatçı qeyd edib ki, səfərdə olanlara da oruc vacib hesab edilmir.

“Yaşadığı məntəqədən 22 km yarım uzaqlaşan şəxslər orucu aça bilər. Amma gedəcəyi səfərdə 10 gündən artıq qalacaqlarsa, o səfər yerində oruc tutmalıdırlar. Səfər 10 gündən az davam edəcəksə, bu zaman oruc tutmaq vacib olmur.

Daimi işi səfərdə olan, misal üçün, sürücü gündəlik marşrut xətti ilə bir rayondan digər rayona gedir. Bu şəxsin gündəlik peşəsi budur. Və yaxud da bir işçi gündə dükanlara məhsul paylayır. Daimi işi səfərdə olan şəxslər orucu tutmalıdır”-deyə İbrahim Məmmədov bildirib.

İlahiyyatçı qeyd edib ki, müqəddəs Ramazan ayında oruc tutmaq insanın səhhətinin sağlam olmasına səbəb olurmuş. Çünki 30 gün oruc tutmaq insanın daxilində olan zəhəri, toksinləri atmasına səbəb olur.

Ramazan ayı dünyəvi istəklərin təlaşından və xaosundan uzaqlaşmaq, düşüncələrimizə və hisslərimizə diqqət yetirməyə imkan verir. Eyni zamanda nemətlərimizin böyüklüyünü dərk etməmizə kömək edir.Oruc güclü bir məsuliyyət hissi verir. Bu, Allaha, özümüzə, ailəmizə, yaşadığımız cəmiyyətə, ətraf mühitə və kainatdakı bütün varlıqlara qarşı məsuliyyət daşıdığımızı dərk etməyə kömək edir.Ramazan ayı zəngin və kasıb arasındakı maneəni aradan qaldırır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri