Ramazan bayramında 3 gün ardıcıl iş olmayacaq
Gələn il Ramazan bayramı ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.
APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib.
Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq.
Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.
![](https://xalqcebhesi.az/media/2024/12/11/371x177/67594b47c5ce867594b47c5ce9173390522367594b47c5ce667594b47c5ce7.jpg)
![](https://xalqcebhesi.az/media/2024/12/11/371x177/6759483357db76759483357db817339044356759483357db56759483357db6.jpg)
![](https://xalqcebhesi.az/media/2024/12/11/371x177/675947908191a675947908191b173390427267594790819186759479081919.jpg)
![see](https://icma.az/template/assets/see.png)