Icma.az
close
up
RU
Ramazan İslam təqvimində ən şəfaqətli və müqəddəs aydır TƏDBİR

Ramazan İslam təqvimində ən şəfaqətli və müqəddəs aydır TƏDBİR

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda İslam dinin zəngin mənəvi irsinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi ölkəmizin ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu deməyə əsaslı zəmin yaradır.

Azərbaycanda öz inanc və dinindən asılı olmayaraq hər bir kəsə müqəddəs bayramını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verilir. Hal-hazırda ölkəmizdə müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.

Ramazan mədəni maarifləndirmə, həmrəylik, bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Bu ay insanları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir. Müsəlmanlar bu müqəddəs ayın son gününü isə Ramazan bayramı kimi qeyd edirlər.

Sevindirici haldır ki, mübarək Ramazan ayı bu il müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə təsadüf edir. Müdrik Azərbaycan xalqı müqəddəs Ramazan bayramını bu il hər birimiz üçün qürurverici olan “Konstitusiya və Suverenlik İli”ndə böyük coşqu ilə qeyd edir.

Bu məcrada,17 mart 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunda seçki dairəsi ərazisi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək“Konstitusiya və Suverenlik – dini-mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirib.

Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçaybölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Komitənin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, İdarənin Göyçay və Ağdaş rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, eləcə də dini icma rəhbərləri iştirak ediblər.

Çıxış edən M.Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli bir mühit formalaşdırdığını qeyd etdi.Multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətlərin,eyni zamanda xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında, qazandığımız möhtəşəm Zəfərdə rolu xüsusi vurğulandı.

Son illərdə bu istiqamətdə aparılan işlər, qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məqamlarda iştirakçların diqqətinə çatdırıldı.

Millət vəkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilənqayğıdan söhbət açaraq, bu gün doğma Qarabağımızda aparılan quruculuq işləri çərçivəsində dini abidələrin bərpasının xüsusi diqqətdə saxlanıldığnı qeyd etdi.

Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam etdi. Sonda iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.

Bir daha 92 saylı Göyçay-Ağdaş seçki dairəsi seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq, bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri