Icma.az
close
up
RU
Avropa təsviri sənətində Ramazan və İslam ibadəti

Avropa təsviri sənətində Ramazan və İslam ibadəti

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 fevral, AZƏRTAC

Ramazan ayı İslam dünyasında əsrlər boyu mühüm dini və ictimai əhəmiyyətə malik olmuşdur. Hicri təqvimin doqquzuncu ayı olan Ramazan müsəlmanlar üçün oruc, ibadət və mənəvi saflaşma dövrü olmaqla yanaşı, zəngin sosial və mədəni ənənələrlə də səciyyələnir. Ayın sonunda qeyd olunan Ramazan bayramı isə birgə ibadət, paylaşma və ictimai həmrəyliyin təntənəli təzahürü kimi çıxış edir. XIX əsrdə Şərq ölkələrinə səyahət edən Avropa rəssamları İslam dünyasının dini həyatına və mərasimlərinə xüsusi maraq göstəriblər. Bu maraq xüsusilə orientalizm istiqamətində fəaliyyət göstərən sənətkarların yaradıcılığında öz əksini tapıb.

Bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Kəmalə Mustafayevanın AZƏRTAC təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

İtalyan rəssamı Fausto Zonaronun “Holiday” (“Bayram”) əsəri təqribən 1890–1900-cü illəri əhatə edir. Rəssam əsərdə Osmanlı mühitində Ramazan bayramını, şəhər həyatındakı sosial dinamikasını, ictimai sevincini, bayram tədbirlərini realistik səhnə ilə canlandırıb. Zonaro bayramın həm dini, həm də mədəni aspektlərini, insanların bir-birinə olan diqqət və hörmətini uğurla təqdim edib. Bu səhnə yalnız bayramın təntənəsini deyil, həm də Ramazan ayının sonunda cəmiyyətin birliyini və dini həyatın ictimai əhəmiyyətini göstərir.

Fransız rəssamı Jan-Leon Jerom 1874-ci ildə yaratdığı “Prayers in the Mosque” (“Məsciddə qılınan dualar”) əsərində açıq məkanda namaz qılan insanları təsvir edib. Jerom bu əsəri 1868-ci ildə Misirə etdiyi səfərdən sonra yaradıb. Kompozisiyada fiqurların ardıcıl düzülüşü və memarlıq mühiti kollektiv ibadətin intizamını və dini birliyin vizual ifadəsini təqdim edir. Bu tip səhnələr Ramazan ayının sonunda icra olunan bayram namazının ictimai xarakterini xatırladır. Rəsm VII əsrə aid olan Qahirədəki Əmr məscidinin (Mosque of ‘Amr) daxili məkanını təsvir edir. İbadət edənlərin sıraları — yüksək rütbəli şəxs və onun müşayiətçilərindən tutmuş, yalnız belinə parça bağlamış müsəlman zahidə qədər — gündəlik beş vaxt namazdan biri zamanı Məkkəyə doğru yönəlmişdir. Lakin ehtimal olunur ki, Jerom məhz bu məsciddə ibadət mərasimində iştirak etməyib. Çünki 1868-ci ilə qədər həmin məscid artıq istifadədən çıxmışdı. Buna görə də bu təsvirin, böyük ehtimalla, müxtəlif məkanlara aid eskiz və fotoşəkillərin birləşdirilməsi yolu ilə yaradıldığı ehtimal olunur.

Rus rəssamı Vasili Vereşşaqinin 1870-ci illərdə yaratdığı “The Pearl Mosque in Agra” (“Aqradakı mirvari məscidi”) əsərində Hindistanın Aqra şəhərində yerləşən İnci məscidində qılınan namazı təsvir edib. Əsərdə Şah Cahan imperatorunun sifarişi ilə tikilmiş gözəl mərmər məsciddə icra olunan ibadət səhnəsi təsvir olunur. Əsərdə ibadət edən insanları təsvir edilmiş, monumental memarlıq fonunda təqdim olunan səhnə dini mərasimin təntənəli atmosferini əks etdirib. Vasili Vereşşaqin rus rəssamı, hərbçi və səyyah idi və bəzən onu “rus Jerom”u adlandırırdılar. Vereşşagin həqiqətən də qısa müddət Parisdə Jeromdan dərs almışdı. O, müəlliminin metodları ilə geniş şəkildə razılaşmasa da, Jeromun təsiri onun əsərlərində aydın şəkildə görünür.

XIX-XX əsr orientalizm cərəyanının görkəmli nümayəndələrindən biri olan Lüdviq Doyç geniş səyahətləri zamanı “Qurani-Kərim” mətnləri və dini yazılarla yaxından tanış olub. Bu, onun bəzi əsərlərində görünən xəttatlıq yazılarında da öz əksini tapıb. “İbadət zamanı” (“At Prayer” ) əsərini rəssam 1923-cü ildə təsvir edib. 1820–1830-cu illər arasında Məhəmməd Əli Paşa Misirdə islahatlar həyata keçirib və bu islahatlar savadlılıq səviyyəsinin misilsiz artımına səbəb olub. O, İsgəndəriyyə və Qahirədə mətbəə yaradıb və qəzet yayımını inkişaf etdirib. Doyçin əsərləri həmin dövrün dini alimlərinə və ərəb ziyalılarına yönəlmiş nadir təsviri mənbələrdən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri