Ramid Namazov: Rusiyada yaşayan azərbaycanlılara göstərilən aqressiv davranış və qeyri insani münasibət qəbuledilməzdir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30iyun, AZƏRTAC
Rusiya Federasiyasının Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin qanunsuz hərəkətləri nəticəsində həmvətənlərimizin həlak olması, ağır xəsarətlər alması və həbsi, eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara göstərilən bu aqressiv davranış və qeyri-insani münasibət qəbuledilməzdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramid Namazov söyləyib.
Deputata bildirib ki, Yekaterinburqda həmyerlilərimizə münasibətdə aparılan bu fəaliyyətlər həm də Rusiya Federasiyasının digər bölgələrində yaşayan azərbaycanlıları qorxudaraq arzuolunmaz seçim qarşısında qoymaq məqsədi daşıyır.
Vətəndaşlarımız və xarici ölkələrdə yaşayan həmyerlilərimiz yaxşı bilirlər ki, dünya azərbaycanlılarının Lideri ‒ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və tapşırıqlarına uyğun olaraq, aidiyyəti dövlət qurumları hər zaman dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımızın hüquq və mənafelərinin qorunması istiqamətində lazımı addımlar atırlar.
“Apardığımız monitorinqlər əsasında deyə bilərik ki, baş verən proseslərlə bağlı xeyli saxta və dezinformasiya xarakterli informasiyalar paylaşılır. Vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycanın dövlət rəsmilərinin verdiyi məlumatlara inanmağa, yalan informasiyalara uymamağa çağırırıq, - deyə R.Namazov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















