Icma.az
close
up
RU
Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Son günlər Şuşaya səfər edən bəzi şəxslərin şəhərin qayaları və daşları üzərində adlar, müxtəlif yazılar həkk etməsi ilə bağlı müzakirələr aparılır. Məsələnin hüquqi və mənəvi tərəfləri var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq mədəni irsə qarşı vandalizmin ağır formalarını cinayət məsuliyyəti səviyyəsinə qədər qaldırır və turist tərəfindən törədilən belə hərəkət də mədəni irsin toxunulmazlığı prinsipinə ziddir.

“Şuşa Tarix-Memarlıq Qoruğu 2001-ci ildən UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısındadır. UNESCO Şuşanın xüsusi dəyərini onun tarixi-memarlıq irsi ilə yanaşı, dağlıq relyefi, sıldırım qayaları, təbii mühiti və şəhər memarlığının vəhdəti ilə əlaqələndirir. Şuşada qaya üzərinə yazı yazmaq yalnız bir daş səthini korlamaq deyil; dövlət tərəfindən xüsusi hüquqi rejim altında qorunan bütöv tarixi-mədəni və təbii-landşaft kompleksinin autentikliyinə müdaxilədir. Ancaq bütün hüquqi arqumentlərdən sonra məsələnin daha böyük tərəfi qalır: mənəvi məsuliyyət. Şuşa Azərbaycan insanı üçün sadəcə turizm şəhəri deyil, həm də yaddaş məkanıdır. Şəhidin xatirəsi daşın üzərində açılan cızıqda deyil, həmin daşın qorunmasında yaşamalıdır. Şuşaya gedən hər bir insan anlamalıdır ki, o sadəcə turizm məkanına deyil, milli yaddaş məkanına daxil olur", - deyə R İsgəndərli bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, məsələnin ekoloji tərəfi də nəzərdən qaçırılmamalıdır: “Qayaların cızılması, yonulması, boyanması və üzərinə yazı həkk edilməsi təbii səthə antropogen müdaxilədir. Şuşa kimi təbii landşaftla tarixi şəhər mühitinin vəhdət təşkil etdiyi ərazilərdə mədəni irsin və ətraf mühitin qorunması eyni məsuliyyətin iki tərəfidir. Bakıda da tarixi binaların divarlarına adların yazılması, abidələrin zədələnməsi, park və ictimai məkanlardakı memarlıq elementlərinə müdaxilə kimi hallara rast gəlinir. Nizami Kino Mərkəzi kimi şəhərin kollektiv yaddaşında xüsusi yeri olan məkanlarla bağlı hadisələr göstərir ki, məsələni yalnız hüquqi mühafizə çərçivəsində qiymətləndirmək olmaz. Şəhər yaddaşı yalnız rəsmi abidələrdən deyil, binalar, meydanlar, kinoteatrlar, parklar və küçələrdən də formalaşır”, - deyə Ramil İskəndərli vurğulayıb.

AMQF sədri bildirib ki, Şuşanın Azərbaycan cəmiyyəti üçün xüsusi mənəvi çəkisi var: “Müharibənin izləri, dağıntıların yaddaşı, bərpa olunan abidələr və şəhərin azadlığı ilə bağlı ağır insan taleləri bu həssaslığı daha da artırır. Şəhidlərin adları layiqli memorial və yaddaş məkanlarında əbədiləşdirilməli, tarixi qaya və abidələrin üzərində isə onların öz tarixi yaşamalıdır. Əslində qoruq anlayışının arxasında sadə fəlsəfə dayanır: qoruyaraq ötürmək. Şuşa, İçərişəhər, Qobustan, tarixi binalarımız, qədim məbədlərimiz və təbii landşaftlarımız gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətdir. Tarixdə iz qoymaq istəyiriksə, tarixin üzərinə yazmayaq. Tarixi qoruyaq", - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri