Icma.az
close
up
RU
Ramil İskəndərli: WUF13 lə Azərbaycan qlobal miqyasda urbanizasiya siyasətinə töhfə verəcək

Ramil İskəndərli: WUF13 lə Azərbaycan qlobal miqyasda urbanizasiya siyasətinə töhfə verəcək

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı (COP) kimi nəhəng qlobal platforma hesab olunur və burada gələcəyin şəhərlərinin necə qurulacağı müzakirə olunur.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

O, 2026-cı il mayın 17–22-də Azərbaycan paytaxtında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçiriləcəyini xatırladıb.

Ramil İskəndərlinin sözlərinə görə, WUF13 vasitəsilə Azərbaycan qlobal miqyasda urbanizasiya siyasətinə töhfə verən və onu formalaşdıran lider ölkə kimi tanınacaq: “Belə ki, Forum çərçivəsində Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar, xüsusilə azad olunmuş ərazilərdə sıfırdan salınan ağıllı və dayanıqlı şəhər modelləri beynəlxalq səviyyədə tanıdılacaq. Eyni zamanda, bu Forumda Azərbaycanın “İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanmasında aparıcı ölkə kimi iştirakı onun intellektual və konseptual liderliyini təsdiqləyir”.

Milli QHT Forumunun sədri vurğulayıb ki, Forum vasitəsilə Azərbaycan iqlimə davamlı şəhərlərin qlobal təbliğatçısı və siyasət təşəbbüskarı kimi liderlik statusunu möhkəmləndirir: “Azərbaycanın bu sahədə fəaliyyətləri artıq “UN-Habitat” və COP tədbirlərinin gündəmini birləşdirən strateji körpü rolunu oynayır.

Bakı Forumunun Habitat I-in 50 illiyi, Habitat II-nin 30 illiyi və Yeni Şəhər Gündəliyinin 10 illiyi ilə eyni vaxta təsadüf etməsi, Azərbaycanın qlobal urbanizasiya prosesinin tarixçəsində strateji məkana çevrilməsi deməkdir.

“UN-Habitat” ekspertlər qrupunda iki azərbaycanlının iştirakı ölkəmizin yalnız tədbir ev sahibliyi ilə deyil, elmi və strateji kontentlə prosesə yön verdiyini sübut edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri