Icma.az
close
up
RU
Ramil Şeydayev bu dəfə də dirilməsə...

Ramil Şeydayev bu dəfə də dirilməsə...

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qurban Qurbanovun Ramil Şeydayevə xüsusi simpatiya bəsləməsi heç kimə sirr deyil. Bəlkə də “Qarabağ”ın baş məşqçisi ona hücumçu kimi çin olmayan arzularının təcəssümü, özünün zamanında vura bilmədiyi hansısa qolların yaradıcısı kimi baxır. Ramil “Buriram Yunayted”ə gedəndə Qurbanovun onu qucaqlayıb kədərləndiyini də görmüşük, səfərdəki avrokubok oyununda hansısa möhtəşəm qoldan sonra ovurdunu şişirdib, əllərini göyə qaldırıb əlahiddə sevinc təntənəsi göstərməsini də. Və Qurban bəy uzunmüddətli hücumçu axtarışından sonra bir başqasının yox, məhz Şeydayevin üzərində dayandı. Qurbanov və “Qarabağ” 3-cü dəfə Ramilə qucaq açdı.
Kamilo Duranın Lissabondakı mükəmməl oyununu, Nəriman Axundzadə ilə Musa Qurbanlının varlığını, üstəlik Şeydayevin gəlişini nəzərə alsaq, “Qarabağ” bu heyətlə oynaya-gülə Azərbaycan çempionu olacaq. “Zirə”, “Araz-Naxçıvan”, “Neftçi” və başqaları indidən 2-3-cü yerlərlə bağlı planlar qursalar yaxşıdı. Bu dediklərim reallıqdı, amma növbəti ayların söhbətidi.
İndi hər kəsi düşündürən məqam başqadı: Ramil əvvəlki formasını bərpa edə, yenidən bombardirlik uğrunda mübarizəyə dönə, yığmaya qayıda biləcəkmi? 29 yaş bir hücumçu üçün nə azdı, nə də çox. Yəni onun yaşa dolduğunu, məhz bu üzdən bir daha əvvəlki səviyyəyə dönə bilməyəcəyini düşünmək sadəlövhlük olardı. Ramil Rusiya futbolunun yetirməsidi, həmin ölkədə yetərincə tanınır, Türkiyə, Slovakiya və Taylandda legioner həyatı da yaşayıb. Çiynində illərin təcrübəsi, çoxlu beynəlxalq oyun praktikası var.
Əslində Qurban bəy Şeydayevə həm də etimad krediti təklif edir. Baxın, biz bu mütəxəssisin “Qarabağ”dakı inanılmaz uğurlarından danışarkən bütün məsələlərdə söz sahibi olmasını, həlledici və doğru qərarlar verməsini önə çəkirik. Qurbanov klubda gördüyü etimadı və güvəni yığmanın baş məşqçisi olanda AFFA-nın divarları arasında görmədi, duymadı, ilk növbətə məhz buna görə uğursuzluğa düçar oldu. İndi isə Şeydayevə həmin münasibəti göstərir. Ramil 2023-də “Qarabağ”dan ayrılandan sonra nə “Buriram Yunayted”ə, nə “Kocaelispor”a, nə də “Neftçi”yə doğmalaşdı; hər yerdə yad oğlan, maşının 5-ci təkəri kimi göründü. Qurban bəy səxavətlə, könül açıqlığı ilə ona növbəti şansı verir. Nədənsə mənə elə gəlir ki, bu, futbolçu Ramil Şeydayev üçün özünüifadə, sözünü ucadan demək baxımından son şansdı. Yox, bu dəfə də alınmasa, onda Ramilin özünə yaşıl meydandan kənarda bir peşə tampası lazımdı!
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Sentyabr 2025 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri