Icma.az
close
up
RU
Ramin Məmmədov Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri ilə görüşüb FOTOLAR

Ramin Məmmədov Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri ilə görüşüb FOTOLAR

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb. Bu barədə SİA-ya dövlət qurumundan məlumat verilib.

Dini Komitənin sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. Ölkənin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamı gözdən salmaq cəhdləri həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir. O bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan, Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans və forumlara ev sahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsini də ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumat verilib. Dövlət Komitəsinin sədri ölkəsində dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda dini müxtəlif konfessiyalara aid dini ibadət yerlərinin qorunub saxlanılması, təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri