Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Şərur şəhər məscidini və Şərur rayonunun Xələc kənd məscidini ziyarət edib, eyni zamanda Şərur rayon dini icmasında yaradılan şəraitlə tanış olub.
Bu barədə SİA-ya Komitədən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqın əsrlər boyu təşəkkül tapmış mənəvi sərvətlərinin qorunması, dini ibadətgahların tikintisi, bərpası və mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib. O bildirib ki, dövlət başçısının dini sahəyə göstərdiyi diqqət və qayğı bu istiqamətdə reallaşdırılan çoxsaylı layihələrdə, dini icmaların fəaliyyətinə verilən dəstəkdə öz əksini tapır.
Vurğulanıb ki, bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinin yaşadılması, dini-mədəni irsin gələcək nəsillərə çatdırılması və ortaq mənəvi dəyərlər ətrafında həmrəyliyin daha da möhkəmləndirilməsidir.
R.Məmmədov dini ibadətgahların vətəndaşların mənəvi həyatında mühüm yer tutduğunu vurğulayıb. Komitə sədri din xadimləri ilə söhbətində dini maarifləndirmə işinin daha da gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin, eləcə də cəmiyyətdə sağlam dini mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Din xadimləri xalqımızın tarixi-mədəni ənənələrinin mühafizəsi və təbliği, dini ibadətgahların fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu sahəyə göstərilən dövlət qayğısına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















