Icma.az
close
up
RU
Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır

Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir.

News24.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, R. Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır.

Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon – 1 milyon 500 min manat qiymətində, sahəsi 150 kvadratmetrdən çox olan, tam təmirli mənzil axtarır.

Manset.az bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə yaradılıb. İlham Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də, az sonra danışığından onun özü olduğu aydın olub. Ona “Ramiz Mehdiyevin Dənizkənarı Bulvar ərazisində 1 milyon manata ev axtardığı” ilə bağlı sual verilib. Sabiq deputat bu məlumatı təkzib etməyib.

Qeyd edək ki, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri