Icma.az
close
up
RU
Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır Kürəkəni təkzib etmədi

Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır Kürəkəni təkzib etmədi

Icma.az, Olke.az saytına istinadən bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir.

Ölkə.az xəbər verir ki, R. Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır.

Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon – 1 milyon 500 min manat qiymətində, sahəsi 150 kvadratmetrdən çox olan, tam təmirli mənzil axtarır.

Manset.az bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə yaradılıb. İlham Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də, az sonra danışığından onun özü olduğu aydın olub. Ona “Ramiz Mehdiyevin Dənizkənarı Bulvar ərazisində 1 milyon manata ev axtardığı” ilə bağlı sual verilib. Sabiq deputat bu məlumatı təkzib etməyib.

Qeyd edək ki, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri