Icma.az
close
up
RU
Ramiz Mehdiyev haqda mühüm xəbər yayıldı Kürəkəni təkzib etmədi

Ramiz Mehdiyev haqda mühüm xəbər yayıldı Kürəkəni təkzib etmədi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Prezident Administrasiyasının sabiq rəhbəri barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir.

Globalinfo.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, R. Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır.

Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon – 1 milyon 500 min manat qiymətində, sahəsi 150 kvadratmetrdən çox olan, tam təmirli mənzil axtarır.

Bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamağa çalışılsa da, bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə yaradılıb. İlham Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də, az sonra danışığından onun özü olduğu aydın olub. Ona “Ramiz Mehdiyevin Dənizkənarı Bulvar ərazisində 1 milyon manata ev axtardığı” ilə bağlı sual verilib. Sabiq deputat bu məlumatı təkzib etməyib.

Qeyd edək ki, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri