Formula 1 əfsanəsinin EVİNƏ BASQIN EDİLİB Başından xəsarət alıb
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
"Formula-1"in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb.
Ölkə.az xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib.
Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yaranan əlbəyaxa dava zamanı o, kəllə-beyin travması alıb. Prostun oğlu zorakılıq hədəsi altında ailəyə məxsus seyfi açmağa məcbur edilib. Konkret nələrin oğurlandığı barədə hələlik heç bir məlumat verilmir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Cinayətkarların xaricə qaça biləcəyi ehtimal edildiyi üçün işə Fransa polisi də cəlb olunub.
Xatırladaq ki, Prost "Formula-1" üzrə on üç çempionatın iştirakçısı, dördqat dünya çempionu (1985, 1986, 1989, 1993) və turnirin dördqat vitse-çempionudur. Avtopilot karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən, lakin elə də ciddi uğur qazana bilməyən özünün "Prost Grand Prix" komandasını yaratmışdı.
Alen Prost bütün tarix boyu "Formula-1"in ən yaxşı pilotlarından biri hesab olunur. Özünün səliqəli idarəetmə tərzi və dəqiq hesablanmış yarış strategiyasına görə o, idman dünyasında "Professor" ləqəbini qazanıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 23 May 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















