Icma.az
close
up
RU
“Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir” Qüdrət Həsənquliyev

“Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir” Qüdrət Həsənquliyev

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moderator.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

-Qüdrət bəy, xarici dairələrin əlində alətə çevrilmiş bəzi şəxslər dövlət büdcəsinin 2026-cı ildə artırılmasına istinad edərək Zəngəzur dəhlizi üçün Ermənistanla yeni müharibəyə cəlb ediləcəyimizi söyləyirlər. Belə iddiaların həqiqət payı nə qədərdi?

-Azərbaycan Ermənistanla kommunikasiya xətlərini artıq açıbsa, Türkiyə də buna hazırlaşırsa, Rusiya yüklərini Ermənistana Azərbaycan üzərindən göndərmək istəyirsə, deməli, regiona sülh gəlib. Azərbaycanın Rusiya və İranla münasibətlərindəki gərginlik də aradan qalxmaq üzrədir. Biz sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. Silahlı Qüvvələri müasir silahlarla təmin etmək üçün böyük maliyyə vəsaiti lazımdır. Büdcədə hərbi xərclərin artırılması silah alışına dair imzalanmış sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi, peşəkar orduya keçilməsi istiqamətində işlərin görülməsi ilə əlaqədar ola bilər. Büdcə layihəsi bizə veriləndə bunu biləcəyik. Hazırda “3+3” formatında region dövlətlərinin başçılarının görüşü planlaşdırılır. Yeni müharibələr regionun heç bir dövlətinə lazım deyil. Region dövlətləri daha sıx əməkdaşlıqda maraqlı görsənir. Vaşinqton Bəyannaməsindən sonra artıq ABŞ də regionda var və bu da sülhə əlavə təminatdır. Rusiyanın təhriki ilə yeni müharibənin olacağı ehtimalı sıfıra bərabərdir, Azərbaycanı lələkələmə kampaniyasının tərkib hissəsidir.

-Ramiz Mehdiyevin məktubu ilə tanış olmusunuzmu?

-Əlbəttə, məktubla tanışlıqdan sonra ilk ağlıma gələn o oldu ki, o, yaşla əlaqədar koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiqi düşünmə, təhlil və qərarvemə ) qiymətləndirilməsi və nevropsixoloji müayinədən keçirilməlidir. ABŞ-də mütəmadi olaraq yaşlı prezidentlər belə müayinədən keçirilir.

-Ölkəmizdə mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz?

-Ölkəmizdə sabitlik hökm sürür, artım tempi bizi qane etməsə də, iqtisadiyyatımız böyüyür. İqtisadi islahatların genişləndirilməsi, məhkəmə-hüquq islahatları, idarəetmədə islahatlar üçün əlverişli mühit mövcuddur. Ölkəmiz nəqliyyat habına çevrilir, Qarabağ yenidən tikilir. Xaricdən gələn pulların kəskin azalması, infilyasiya insanların sosial vəziyyətinə mənfi təsir göstərir, amma insanlar bunun keçici olacağına inanır və ümidlə yaşayırlar. Ölkəmizin ictimai-siyasi həyatında, parlamentdə tənqidə və alternativ fikrə dözüm nümayiş etdirilir. İqtidara sızmış, iqtidara nifrət edən, ölkəmizin beynəlxalq nüfuzu barədə düşünməyən insanlar da var. Onlar hər imkandan istifadə edib dövlət hakimiyyətinin gözdən salınmasına çalışırlar. Prezidentə uzun illər sədaqətlə xidmət edən adamların övladlarını onlara qarşı qoymaq kimi rəzalətə yol verilir. Xarici dövlətlərin əlində Azərbaycana qarşı alətə çevrilmiş insanlara informasiyalar ötürülür, sonra həmin mənfur ünsürlərin yaydığı informasiyalara istinad edib kimlərəsə qarşı gözdənsalma kampaniyası təşkil olunur. Bu gün böyük demokrat kimi xalqa sırımaq istədikləri Ramiz Mehdiyev kimi onlar da zamanla ifşa olunacaq.

-Son vaxtlar həm də Birinci vitse-prezidentə qarşı hücumlar güclənib. Bu barədə nə deyə bilərsiniz?

-Birinci vitse-prezidentlik institutu formalaşanda demişdim ki, bu posta ən layiqli namizəd Birinci xanım ola bilər. Çünki ölkəmizdəki sabitlik həm də iqtidardaxili sabitlikdən asılıdır. Mehriban xanımın təyinatı iddialı, amma gerizəkalı bir çox iqtidar təmsilçisinin gələcəklə bağlı ümidlərini puça çıxardı və onların iqtidardaxili pozuçuluq fəaliyyətinin qarşısını aldı. Necə ki, zamanında mərhum Prezident Heydər Əliyev İlham Əliyevi YAP-da özünə birinci müavin təyin etməklə bunu etmişdi.

Birinci vitse-prezident təyin olunana qədər Mehriban xanım da İlham Əliyev kimi özünü cəmiyyətə yaxşı mənada təqdim edə bilmişdi. O zamanlar mən iqtidar daxilindəki bir çox iddialı şəxslərin ciddi təzyiqləri ilə üzləşmişdim. Bu gün yenidən o təzyiqləri hiss etməyə başlamışam. Amma o zaman olduğu kimi, indi də ölkəmizin maraqları üçün mübarizəyə hazıram. Hər zaman dövlətin birinci şəxsini zəiflətmək üçün onun yaxın ətrafı, onun üçün hər cür fədəkarlığa hazır olan adamlar hədəf seçilir. Mehriban xanıma qarşı olan hücumlar da buna görədir. Onu hansısa dövlətə bağlamaq cəhdləri isə sadəcə ikrah doğurur. (Elchi.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri