Icma.az
close
up
RU
Putinin yaxın silahdaşı müharibəyə qarşı çıxıbmış

Putinin yaxın silahdaşı müharibəyə qarşı çıxıbmış

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya prezident administrasiyası rəhbərinin sabiq müavini Dmitri Kozak 2022-ci ildə Ukraynaya qarşı müharibənin başlanmasına açıq şəkildə qarşı çıxan azsaylı Kremlin məmurlarından biri olub.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Kozaka yaxın üç mənbəyə istinadən yazır.

Məlumata görə, müharibənin ikinci günündə Kozak Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya ilə mümkün atəşkəs və razılaşma variantlarını müzakirə edib. Həmin sənəd Ukraynanın təhlükəsizlik zəmanətlərini almasını və Rusiya qoşunlarının Krım və Donbas istisna olmaqla bütün ərazilərdən çıxarılmasını nəzərdə tuturdu. NYT yazır ki, bu cəhdlər Vladimir Putini ciddi şəkildə qəzəbləndirib.

25 fevral 2022-ci il axşamı Putin Kozakı səlahiyyətlərini aşmaqda ittiham edib və ondan Kiyevə yalnız Ukraynanın kapitulyasiyası barədə danışmağı tələb edib. Kozak sonradan öyrənib ki, həmin telefon danışığı yüksək səslə aparılıb və prezident administrasiyasında olan digər yüksək vəzifəli şəxslər də bunu eşidiblər. Kozak bu tələbə qarşı çıxaraq hətta buna görə həbs olunmağa və ya güllələnməyə hazır olduğunu bildirib. Buna baxmayaraq, söhbətin sonunda Putinin tələbini Ukrayna tərəfinə çatdırmağa məcbur olub. O, Araxamiya ilə telefon danışığı apararkən Putin səssiz şəkildə xətti dinləyib.

Bundan sonra Kozak Kiyevlə aparılan rəsmi danışıqlardan kənarlaşdırılıb və onun yerinə prezidentin köməkçisi Vladimir Medinski gətirilib. Kozak isə Prezident Administrasiyasında vəzifəsini qoruyub saxlayıb, lakin Ukrayna məsələləri onun səlahiyyətlərindən alınıb və bu sahə Sergey Kiriyenkoya həvalə edilib. 2025-ci ilin sentyabrında Kozak tutduğu vəzifədən istefa verib.

Dmitri Kozak Putinin çevrəsində 1990-cı illərdən bəri çalışan və onunla ən uzun müddət əməkdaşlıq etmiş məmur sayılır. O, 2014-cü ildə Krımın anneksiyasından sonra yarımadanın Rusiya sisteminə inteqrasiyasına rəhbərlik edib, daha sonra isə Donbasla bağlı danışıqlara cavabdeh olub. NYT yazır ki, Kozak Putinə yaxın çevrədə müharibəyə açıq şəkildə etiraz edən yeganə yüksək vəzifəli şəxs olub.

Qəzetin məlumatına görə, 21 fevral 2022-ci ildə Təhlükəsizlik Şurasının televiziya ilə yayımlanmayan hissəsində Kozak müharibənin ağır nəticələrə gətirib çıxaracağını deyib. O, ukraynalıların silahlı müqavimət göstərəcəyini, Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını və ölkənin geosiyasi mövqelərinin zəifləyəcəyini bildirib. Hətta Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəyi ehtimalını da öncədən xəbərdar edib ki, bu da sonradan reallığa çevrilib.

Kozak müharibəyə qarşı mövqeyini ictimaiyyət qarşısında heç vaxt açıq şəkildə dilə gətirməyib. Lakin NYT yazır ki, Moskvanın biznes və mədəni elitasında, eləcə də bir sıra digər məmurlar arasında da oxşar narazılıq və narahatlıq mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri