Icma.az
close
up
RU
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri ADLAR və DETALLAR

Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri ADLAR və DETALLAR

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən - ibarət "Dövlət Şurası" təmin edəcək. Mehdiyevin "Dövlət Şurası"nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.
Demokrat.az xəbər verir ki, Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, "Teleqraf" "Dövlət Şurası"nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.
Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin "çətiri" altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin "ana müxalifət" və "hakimiyyətə təhdid yaradacaq gücə malik olması" haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.
Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?
Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.
Əli Həsənov 2000-ci illərin əvvəllərində "Gənclik" metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla "hakimiyyətə real təhdid olduğunu" və "onlar tərəfindən bu təhdidin qarşısının alındığı" görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə "ana müxalifət" obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.
Gültəkin Hacıbəylinin "Dövlət Şurası"na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb. Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb: Ramiz Mehdiyev "Dövlət Şurası"nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri