Icma.az
close
up
RU
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri ADLAR və DETALLAR

Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri ADLAR və DETALLAR

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.

Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən - ibarət "Dövlət Şurası" təmin edəcək. Mehdiyevin "Dövlət Şurası"nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.

BAKU.WS xəbər verir ki, Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, "Teleqraf" "Dövlət Şurası"nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.

Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin "çətiri" altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin "ana müxalifət" və "hakimiyyətə təhdid yaradacaq gücə malik olması" haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.

Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?

Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.

Əli Həsənov 2000-ci illərin əvvəllərində "Gənclik" metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb.

Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır.

Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla "hakimiyyətə real təhdid olduğunu" və "onlar tərəfindən bu təhdidin qarşısının alındığı" görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar.

Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə "ana müxalifət" obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.

Gültəkin Hacıbəylinin "Dövlət Şurası"na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb.

Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb:

Ramiz Mehdiyev "Dövlət Şurası"nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri