Icma.az
close
up
RU
Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti: Partiya sədri açıqladı

Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti: Partiya sədri açıqladı

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ramiz Mehdiyev həmişə özünü Qarabağı sevən biri kimi qələmə verib. 

Lakin tam əksini düşünən adamdır”. Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Ramiz Mehdiyev bütün dövrlərdə Qarabağ məsələsində Rusiyanın planlarını həyata keçirirdi: 

“O, daxildə Qarabağı istəyənlərin müqavimətini sındırmağa çalışırdı. Rusiyanın sifarişinə uyğun addımlar ataraq Azərbaycanın işğalla barışması üçün səy göstərirdi. Yəni Ramiz Mehdiyev Qarabağın işğaldan azad olunmamasını istəyirdi. Üstəlik, Ramiz Mehdiyevin kökləri də qaranlıqdır. 

Onun kökünün ermənilərlə bağlı olduğuna dair çoxlu fikirlər var. Hətta zamanında Nadir Ağayev də bu barədə yazıb. Ramiz Mehdiyevin Rusiya və Ermənistanın mövqelərinə uyğun addımlar atdığı açıq şəkildə görünür. O, anti-Qarabağ, anti-Azərbaycan siyasəti həyata keçirirdi”. 

Siyasətçi xatırladıb ki, Ramiz Mehdiyev vaxtilə onun rəhbəri olduğu Qarabağ Azadlıq Təşkilatına da təzyiq göstərib: 

“Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti dönəmində Ramiz Mehdiyevin əngəlləri ilə hər zaman qarşılaşmışıq. O, bizə təzyiqlər göstərirdi. Qarabağ Azadlıq Təşkilatı aksiyalar keçirir və bu istiqamətdə dövlətə yardımçı olmağa çalışırdı. Lakin Ramiz Mehdiyev hər fürsətdə bizə müqavimət göstərirdi. 

1999-cu ildə Şuşanın işğal günündə Qarabağa yürüş həyata keçirmək istəyəndə bunu daha aydın gördük və həbs olunduq. Həmin dönəmlərdə bizim Ağsaqqallar Şurasının üzvlərindən biri olan rəhmətlik Asif müəllim Xalq şairi Bəxtiyar Vahabzadənin yanında gedərək ondan dəstək istəmişdi. 

Bəxtiyar Vahabzadə Qarabağ Azadlıq Təşkilatının tədbirlərində iştirak etdiyi üçün ümid yeri kimi onun yanına getmişdi. O da bizim həbs olunmağımız və təzyiqlərlə bağlı Ramiz Mehdiyevə zəng etmişdi. Lakin Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəni danlayaraq “Qarabağ sənin nəyinə lazımdır?” demişdi. Yəni onun Qarabağa münasibəti belə idi”. 

Akif Nağı Ramiz Mehdiyevin sifarişi ilə həbs olunduğunu da söyləyib: 

“2004-cü ildə də Ramiz Mehdiyevin göstərişi ilə bizi həbs etdilər. Məqsəd Qarabağ Azadlıq Təşkilatını ləğv etdirmək idi. Mənə 5 il, digər üzvlərimizə də 3-4 il iş vermişdilər. Lakin Prezident İlham Əliyev məsələyə müdaxilə etdi və bizim işimizə yenidən baxıldı. Nəticədə şərti cəza ilə azadlığa buraxıldıq. Yəni Ramiz Mehdiyev Qarabağı tələb edənləri tam şəkildə neytrallaşdırmaq istəyirdi”. 

Partiya sədri vurğulayıb ki, bütün bunlara göz yummaq olmaz: 

“Ramiz Mehhdiyevin xalqa və dövlətə qarşı qəddarlığına görə Azərbaycan tarixində tayı-bərabəri yoxdur. O, dövlətə və millətə nifrət edir. Hesab edirəm ki, Ramiz Mehdiyev ən ağır şəkildə cəzalandırılmalıdır. Həmçinin, onun cinayətlərinə şərik olmuş şəxslər də qanun qarşısında cavab verməlidirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Qarabağ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri