Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə Ramiz Mehdiyevə niyə “tip” deyib?

Bəxtiyar Vahabzadə Ramiz Mehdiyevə niyə “tip” deyib?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə ilə aramızda xoş bir ünsiyyət vardı. Onunla Moskvada, Bakıda müxtəlif məclislərdə birlikdə olmuşduq. Bəxtiyar müəllim təkcə yaradıcılığında yox, elə həyatda da çox cəsarətli adam idi. Yadımdadır, mən ona “Adsız” adlı pyeslər toplusunu bağışlamışdım. Həmin kitabda ona yaxın pyesim toplanmışdı. O, hər pyesi oxuduqca adətən gecələr zəng edir, fikrini, hərdən də iradını bildirirdi. Ən maraqlısı bu idi ki, Bəxtiyar müəllim bəzən deyirdi ki, dünənki filan iradımdan-qeydimdən imtina edirəm, qoy o epizod elə olduğu kimi qalsın”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa çıxış edib. O, elə söhbətin “açarı”nın da o kitabla bağlı olduğunu vurğulayıb:

“Əsrin əvvəlinin söhbətidir. Yəni 2000-ci illərin. Bir dəfə dayım yazıçı Nahid Hacızadə ilə nəşriyyatda (“Azərbaycan” nəşriyyatı) Bəxtiyar müəllimi qarşıladıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa ver oxuyum. Söz verdim ki, gətirərəm. O, dedi ki, kitabı gətirmək üçün şoferi göndərə bilərdim, amma…

Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:

-Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə … tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin- nə maaş, nə də yanacaq... Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…

Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşırdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm.

Bir-iki gün sonra yuxarıda haqqında söhbət açdığım kitabı- “Adsız” pyeslər toplusunu şairin dediyi yerə çatdırdım.

Burada Bəxtiyar müəllimin Ramizlə bağlı dediyi daha “yağlı” sözləri olduğu kimi yazmağa ehtiyac duymadım”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri