Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Ramiz Mehdiyevin əsərləri araşdırılacaq: bəzi alimləri nələr gözləyir?

Ramiz Mehdiyevin əsərləri araşdırılacaq: bəzi alimləri nələr gözləyir?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ramiz Mehdiyevin AMEA-dan xaric edilməsi və onun əsərlərinin ekspertizadan keçirilməsi məsələsi elmi ictimaiyyətdə yeni müzakirələrə yol açıb. Ekspertizanın nəticələrindən asılı olaraq, həmin əsərlərə istinad edən elmi tədqiqatların, monoqrafiyaların və dissertasiyaların da yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

Azad Vətən Partiyasının sədri, tarixçi Akif Nağı Modern.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev humanitar sahələrdə, o cümlədən tarix və fəlsəfə üzrə əsərlər yazsa da, sonrakı dövrlərdə onun kitablarının başqa şəxslər tərəfindən hazırlandığı barədə məlumatlar yayılıb:

"Ramiz Mehdiyev humanitar sahələrdə, tarixdən, əsasən fəlsəfədən yazırdı. Gənclik dövründə bəlkə, özü nəsə yazıb, deyə bilmərəm, amma sonrakı dövrlərdə onun əsərlərini başqalarının yazdığı hamıya aydın idi. Mənim sahəm tarixdir. Oradan-buradan eşidirdim, oxuyurdum ki, Səfəvilərlə, Qarabağla bağlı yazıları var. “Gorus görüşləri” deyilən Qarabağla bağlı əsəri də mövcuddur. Mən onun nə zamansa, heç bir əsərini oxumamışam, ona heç vaxt da istinad etməmişəm. Hətta o vaxt özünü göstərmək üçün Səfəvilərlə, Qarabağla bağlı düz yazsa belə, onun səmimiliyinə inanmamışam".

Akif Nağının sözlərinə görə, R. Mehdiyevin əsərlərinə istinad edən elmi işlərə münasibətdə də obyektiv yanaşma vacibdir. O hesab edir ki, həmin əsərlərin müəllifliyi və elmi dəyəri araşdırılmalıdır, lakin onlara istinad edən bütün tədqiqatların avtomatik olaraq etibarsız sayılması düzgün olmaz:

"Kimlərsə onun əsərlərinə istinad edib, yazıblar. Vaxt vardı, hamı ondan danışırdı. Biz hamıdan obyektiv mövqe, Ramiz Mehdiyevlə məsafə saxlamağını gözləyə bilməzdik. Bəzi adamlar riyakarcasına, yaltaqcasına öz karyeraları üçün ona yaxınlaşırdılar. Bu gün də onu özünə atası hesab edənlər var. İndi də utanmadan “səhv etdik” deyib, özlərinə başqa ata axtarırlar. Digər tərəfdən, elm sahəsində çalışanlar onun əsərlərində öz mövqelərinə uyğun fikirlər tapıb istifadə edirdilər. Ucdantutma onun adını çəkən bütün əsərlərin, kitabların qadağan olunmasını, dissertasiya müdafiə edən alimlərin elmi dərəcələrinin əlindən alınmasını düzgün hesab etmirəm. Yeri gəldi-gəlmədi iqtibas edib, müdafiələrində, dissertasiyalarında ona istinad etmək eybəcər hal idi. Amma digər ifrat hal da ondan ibarət olardı ki, kim ondan istinad gətiribsə, onun dissertasiyalarına kölgə salaq".

Partiya sədri hesab edir ki, məsələ fərdi qaydada araşdırılmalı, R. Mehdiyevin əsərlərinə istinadların elmi işlərdə hansı məqsədlə istifadə edildiyi müəyyənləşdirilməlidir:

"İşlərə ekspertiza aparılmalıdır. Ola bilsin ki, ondan istifadə edənlər, doğrudan da, ancaq onun sitatlarına görə elmi işlərini müdafiə ediblər. Həmin şəxslərin işlərini nəzərdən keçirmək olar və məqsədəuyğundur. Belə adamların elmi işləri ləğv də edilə bilər. Amma mən düşünürəm ki, kütləvi halda bunu yoxlamağa ehtiyac yoxdur. Bir-birinə düşmənçiliyi olanlar bundan istifadə etməyə başlayacaq, donoslar yazacaqlar. Onsuz da, bu gün Azərbaycanda elmi işlərin 90 faizini yoxlasaq, yaramaz çıxar. Ramiz Mehdiyevin əsərlərini ekspertiza etmək lazımdır ki, ondan bizə qarşı istifadə etməsinlər. Bizim əleyhimizə istifadə edilə biləcək əsərlər kitabxanalardan, elmi mərkəzlərdən çıxarılmalıdır".

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, Ramiz Mehdiyevin elmi əsərlərində uyğunsuzluqlar aşkarlanarsa, bu, həmin mənbələrə istinad edən digər tədqiqat işlərinə də təsir göstərə bilər:

"Ramiz Mehdiyev AMEA-dan çıxarılıb. Onun elmi əsərlərinin elmi ekspertizadan keçirilməsi müzakirə olunur. Təbii ki, belə bir müzakirənin aparıldığı zamanda deyilənlər öz təsdiqini taparsa, yəni elmi əsərlərdə uyğunsuzluqlar və reallıqla örtüşməyən məlumatlar aşkarlanarsa, həmin əsərlərə müraciət edən, istinad edən digər şəxslərin tədqiqat işləri, monoqrafiyaları və dissertasiyaları da müvafiq olaraq uyğunsuz hesab oluna bilər".

Ekspert vurğulayıb ki, bəzi hallarda elmi işlərin ləğvi də gündəmə gələ bilər:

"Çünki elmi əsas yoxdursa, həmin məqalələrə və əsərlərə istinad edilməsi də doğru deyil. Yəqin ki, əsərlərin ekspertizasından sonra nəticələr mənfi olarsa, qeyd etdiyimiz məsələlər də tədricən öz həllini tapacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri