Icma.az
close
up
RU
Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər? AÇIQLAMA

Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər? AÇIQLAMA

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində bir sıra tanınmış şəxslərlə bağlı qətimkan tədbirlərinin müddətinin uzadılması barədə qərarlar qəbul edib. Məhkəmə istintaq orqanının təqdimatlarına baxaraq AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 5 ay uzadıb. Eyni zamanda, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatəti də təmin olunub. Məhkəmənin qərarına əsasən, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri daha 5 ay müddətinə uzadılıb.
Bəs istintaq müddətinin və qətimkan tədbirlərinin uzadılması hansı hüquqi məna daşıyır? Bu qərarlar istintaqın gedişi və təqsirləndirilən şəxslərin gələcək hüquqi taleyi ilə bağlı hansı nəticələr çıxarmağa əsas verir?
Avtosfer.az xəbər verir ki, Modern.az-a açıqlamasında hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, istintaq orqanı işi hələ başa çatmış hesab etmir:
"Ağır cinayətlər üzrə ittiham olunan şəxslərlə bağlı istintaq müddətinin və həbs qətimkan tədbirlərinin uzadılması onu göstərir ki, istintaq orqanı işi hələ başa çatmış hesab etmir. Adətən belə qərarlar iş üzrə əlavə istintaq hərəkətlərinin aparılmasına, yeni sübutların toplanmasına, mövcud sübutların yoxlanılmasına və ekspertiza nəticələrinin əldə olunmasına ehtiyac yarandıqda qəbul edilir. Yəni burada əsas məsələ sübutların toplanması və qiymətləndirilməsidir. Bu baxımdan istintaq müddətinin uzadılması araşdırmanın hələ yekun nəticəyə çatmadığını göstərir. İstintaq müddətinin uzadılması yeni şəxslərə qarşı cinayət işlərinin açılacağı və ya ittiham dairəsinin mütləq genişlənəcəyi anlamına gəlmir. İstintaq davam etdikcə yeni faktların və əlavə epizodların ortaya çıxması istisna olunmasa da, qərarlar ehtimallar əsasında deyil, əldə olunmuş sübutlar əsasında qəbul edilməlidir. Bu səbəbdən də məhkəmənin istintaq müddətinin uzadılması ilə bağlı qərarında hüquqi məntiq var”.

Onun sözlərinə görə, işin mürəkkəbliyi də bu qərarın qəbul edilməsində mühüm rol oynayır:
“Bu şəxslər ağır cinayətlərdə ittiham olunurlar. Ola bilər ki, əlavə sübutların toplanmasına və qiymətləndirilməsinə, yeni şəxslərin dindirilməsinə ehtiyac var. Həmçinin ittiham dairəsinin genişləndirilməsi və ya məhdudlaşdırılması ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi zərurəti yarana bilər. Bütün bunlar istintaq müddətinin uzadılmasına əsas verən hallardır. Cinayət-Prosessual Məcəllənin tələbləri baxımından bu, tam qanuni prosedurdur”.
Ekspert Ramiz Mehdiyevin ev dustaqlığının növbəti dəfə uzadılmasına da münasibət bildirib.
O qeyd edib ki, məhkəmə indiyədək seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsas görməyib:
“Bu, onun yaşı və ya səhhəti ilə bağlı amillərlə əlaqədar ola bilər. Əgər başqa hallar ortaya çıxsaydı, daha sərt qətimkan tədbirinin seçilməsi də mümkün idi. Buna görə də hazırkı mərhələdə onun mütləq həbs olunacağı qənaətinə gəlmək hüquqi baxımdan kifayət qədər əsaslandırılmış görünmür. İstintaq müddətinin uzadılması ilə qətimkan tədbirinin sərtləşdirilməsi arasında birbaşa əlaqə yoxdur. Bunlar müxtəlif prosessual institutlardır və hər biri üçün ayrıca hüquqi əsaslar tələb olunur. Ev dustaqlığının həbslə əvəzlənməsi üçün istintaq orqanı məhkəmə qarşısında əlavə riskləri və arqumentləri əsaslandırmalıdır. Ola bilər ki, belə risklər mövcud deyil və ya şəxsin sağlamlıq vəziyyəti, yaşı kimi amillər nəzərə alınır. Hazırda çıxarıla biləcək əsas nəticə istintaqın davam etməsidir. Bu, qarşıdakı dövrdə həm işin faktiki halları, həm də hüquqi qiymətləndirilməsi ilə bağlı yeni məlumatların ortaya çıxa biləcəyini göstərir. Hüquqi dövlət prinsipinə görə, istintaqın yekunu barədə əvvəlcədən hökm vermək doğru deyil. Yekun hüquqi qiymətləndirmə yalnız məhkəmə araşdırması başa çatdıqdan sonra verilə bilər”.
Ekspert hesab edir ki, hazırkı mərhələdə hadisələrə emosional və ya siyasi mülahizələrlə deyil, prosessual faktlar əsasında yanaşmaq lazımdır:
“Faktlar göstərir ki, istintaq davam edir və ittiham tərəfi araşdırmanın tamamlanması üçün əlavə vaxta ehtiyac duyur. Bu mərhələdə qəti nəticələr çıxarmaq hüquqi baxımdan tələsik addım olardı. Eyni zamanda qəti söylənilən fikirlər istintaqın gedişinə müdaxilə kimi dəyərləndirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 İyun 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri