Ramiz Mehdiyevin ev həbsi haqda Yeni qərar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.
Müstəntiq iri həcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.
Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində semilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.
Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 İyun 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















