Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır

Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq

Dünən Səbail Rayon Məhkəməsi vaxtilə Azərbaycanda mühüm dövlət vəzifələrində işləmiş Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarı verib. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reytinq” qəzetinin “Ramiz Mehdiyev işi” ilə bağlı suallarına cavab verib.
- Sərdar bəy, məhkəmə R. Mehdiyevlə bağlı 4 aylıq ev dustaqlığı qərarı qəbul edib. 87 yaşlı Mehdiyev cox ciddi maddələrlə ittiham olunur. Məsələyə münasibətiniz necədir?
- Ramiz Mehdiyevin bu hakimiyyətdə vəzifəyə gətirilməsi rəhmətlik Heydər Əliyevin iqtidara gəlişinin ilk dövründə olub. Baxmayaraq ki, Ramiz Mehdiyev Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı çıxan qüvvələrdən idi. Əslində Heydər Əliyev belə məsələlərə ciddi yanaşırdı, amma hansısa səbəbdən Mehdiyev yüksək vəzifəyə təyin edildi. Ehtimalıma görə, bunun yeganə səbəbi Rusiyanın Heydər Əliyev hakimiyyətinə o zaman tolorent yanaşacağını bildirməsidir ki, nəticədə Moskaya yaxın olan Mehdiyev kimi insanlara müəyyən vəzifələr verilib.
Nəzərə almaq lazımdır ki, o dövrdə Azərbaycan zəif durumda idi.
Amma sonradan ölkənin kadr siyasətini, iqtisadi prosesləri Mehdiyev müəyyənləşdirirdi.
Mehdiyev Azərbaycanda yeganə yüksək vəzifəli şəxs idi ki, uzun illər vəzifədə işləməsinə baxmayaraq, bir dəfə də olsun Amerika, Avropa və ya Türkiyəyə səfər etməyib. Onun səfərləri yalnız Rusiyaya olurdu. Rusiyada MDB ölkələrinin prezident aparatlarının rəhbərlərinin ildə bir dəfə görüşü keçirilirdi və onlara konkret olaraq Rusiya tərəfindən tapşırıq verilirdi ki, hansı addımlar atmalıdırlar, hansı işləri görməlidirlər.
Azərbaycanda ziyalıların, azad fikirli insanların, müxalifətin hakimiyyətdə və parlamentdə təmsil olunmasının qarşısını alan yeganə qüvvə Mehdiyev idi. İşlədiyi dövrdə ölkədəki bütün həbslərin “memarı” da Mehdiyev olub.
Qənaətimcə, “Tərtər işi”ni ciddi araşdırsaq, onun həyata keçirilməsinə, bunu edən insanlara da Mehdiyev tərəfindən tapşırıq verildiyini müəyyən etmək mümkündür.
Mehdiyev Rusiyaya və özünə yaxın şəxsləri Azərbaycanda müxtəlif vəzifələrə yerləşdirmişdi. O cümlədən biznesin, iqtisadiyyatın ruspərəst qüvvələrin əlinə keçməsi üçün çalışıb, bu işdə müstəsna xidmətlər göstərib. Məsələn, kənd təsərrüfatı subsidiyalarının 90 faizi Mehdiyevin göstərişi ilə ruspərəst qüvvələrə verilir, onların maddi-texniki bazası gücləndirilirdi.
Rusiyayönlülərin mətbuat, qeyri-dövlət şəbəkəsi, partiyaları da yaradılmışdı. Demokratrik və xalqın içindən çıxan qüvvələrdən fərqli olaraq onların təminatları var idi. Yəni Ramiz Mehdiyev Azərbaycan hakimiyyəti və xalqı üçün təhdid yaradırdı. Bu səbəbdən Mehdiyevi uzun müddət hakimiyyətdən uzaqlaşdırmaq çətin oldu.
- Demək istəyirsiniz ki, Mehdiyev bu dərəcədə anti-milli fiqur olub?

- Onun hakimiyyətdə olduğu müddətdə Qarabağda uğurlu əməliyyat aparmağımız çətin olardı. Mehdiyev və onun Müdafiə Nazirliyindəki əlaltıları Qarabağın işğal altında qalmasına çalışırdılar.
Mehdiyev Azərbaycan iqtisadiyyatının dağıdılmasında bilavasitə və dolayısı yolla iştirak edib. Məsələn, qızının özəl məktəbi var və onun dəyəri bir neçə on milyon dollardır. Villaları var və on milyona satılır. Yəni Mehdiyev ayrı-ayrı qohumlarının adına alınan və milyardlarla qiyməti olan yüzlərlə belə mülkiyyətə sahibdir.
Mehdiyevə yaxın olan adamlar da varlı və imkanlı şəxslərdir.
Xatırladım ki, Mehdiyev 1990-cı ildə Naxçıvandan parlamentə namizədliyini irəli sürərkən öz yaşadığı yerdən 3 faiz səs toplaya bilməmişdi. Demək olar ki, həmkəndliləri, qohumları da ona səs verməmişdi.
Onu da qeyd edim ki, Mehdiyevin qeyri-adi dərəcədə elmi nəaliyyətləri də yoxdur. Onun elmi işi guya ateizmdəndir, özü də tarixçidir. Amma faktiki olaraq, Mehdiyevin qəfildən Azərbaycanın elm adamlarından qabarıq elmi mövqeyə gəlməsi, habelə uzun illər vəzifədə olmasının yeganə səbəbi o idi ki, bu şəxs qarışıq ailədəndir, xanımı başqa millətin nümayəndəsidir.
Onun şəxsi bioqrafiyasına baxdıqda görərsiniz ki, bütün elmi nəaliyyətləri Moskva ilə bağlıdır. Yəni Moskvanın Ramiz Mehdiyevin şəxsiyyət kimi formalaşmasında böyük rolu olub və bunun müqabilində Mehdiyev həyatını Moskvanın Azərbaycanda müdafiəsinə həsr edib.
- Sizcə, Mehdiyevə qarşı ağır ittihamların indi irəli sürülməsinə səbəb nədir?

- Bunu bilmək üçün hadisədən əvvəlki vəziyyətə diqqət etməliyik. Rusiya-Azərbaycan gərginliyinin aradan qaldırılması üçün Azərbaycan lideri İlham Əliyevlə Vladimir Putin arasında Düşənbədə görüş keçirildi. Bundan sonra Mehdiyev barəsində məhkəmə qərarı verildi. Fikrimcə, prezident İlham Əliyev Rusiya ilə yeni münasibətlər - iki dövlətin qarşılıqlı faydalı əməkdaşlığına əsaslanan münasibətlər qurmağı təklif edir. Halbuki bundan qabaq Mehdiyevin vəzifədə olduğu dövrdə çalışılırdı ki, addımlar Rusiyanın maraqlarına əks olmasın.
Eyni zamanda hadisədən əvvəl Qarabağ məsələsində Vaşinqtonda, Brüsseldə görüşlər olub, xüsusilə, prezident İlham Əliyev Ağ evdə prezident Donald Tramp tərəfindən çox yüksək səviyyədə qəbul edilib. Donald Trampın İlham Əliyevi hətta ən güclü Avropa dövlətlərinin liderlərindən də üstün tutması Azərbaycan rəhbərinə əlavə imkan verib ki, ölkəsində başqa dövlətlərə işləyən mərkəzləri dağıtsın.
1990-cı illərdə ABŞ səfiri bizim partiyanın qərargahına gəlmişdi. O, bizimlə söhbəti əsnasında bildirdi ki, mərhum Heydər Əliyevə deyib ki, üç nəfəri hakimiyyətdən azad etməsəniz ölkəniz tam müstəqil dövlət ola bilməyəcək. Həmin şəxslərdən biri də Ramiz Mehdiyev olub.
Mehdiyev apardığı işin ideoloji əsaslarını hazırlayırdı. Onun “Siyasətimizin strategiyası” adlı məqaləsi var. Həmin məqaləni oxuyanda başa düşdüm ki, Mehdiyev vəzifədə olduğu dövrlərdə Azərbaycanı hara sürükləyib. Ona cavab olaraq 500 səhifədən ibarət “Totalitarizmin metamorfozası” adlı kitab yazdım. Bu kitabım Mehdiyevin vəzifədə olduğu dövrdə yazılıb və nəşr edilib. Kitabımda Mehdiyevin məqləsini geniş şəkildə şərh etmişəm, onun Azərbaycan dövlətinə, xalqına və vətəndaşına necə ziyanlar vurduğunu, onun təklif etdiyi siyasətin bizə nə verəcəyini elmi şəkildə izah etmişəm.
Ramiz Mehdiyevin vəzifədə olduğu zaman istənilən çıxışı, məqaləsi və kitablarına dövrü mətbuatda cavab vermişəm. Dəfələrlə onun ideyalarının Azərbaycanı uçuruma apardığı, Rusiyanın imperiya maraqlarına tabe etdirilməsinə gətirəcəyini vurğulamışam.
İndi çox şadam ki, Mehdiyev həbs edilib. Ehtimal edirəm ki, Tərtər hadisələri yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq.
Azərbaycanın görkəmli insanlarına qarşı ayrı-seçkilik siyasəti aparmaq, minlərlə insanın ölkəni tərk etməsi siyasətinin arxasında da məhz Mehdiyev durub. Onun vaxtilə bir sözü vardı - “Kim istəyir, Azərbaycanı tərk etsin”. Amma başqa dövlətlər insanların ölkədə qalmasına çalışır ki, məhsuldar qüvvələr məmləkətin inkişafında xidmət etsinlər. Mehdiyev isə çalışırdı ki, məhsuldar qüvvələr, xaricdə oxuyub gələnlər, gənclər, yəni istedadlı, dövlətə və xalqa xeyir verə biləcək qüvvələr ölkəni tərk etsinlər. Mehdiyev və ona yaxın şəxslər isə burada istədiklərini edə bilsinlər.
Ehtimal edirəm ki, yenə Ramiz Mehdiyev kimi şəxslər var. Bu elm, hüquq və digər sferalarda ola bilər. Çünki onlar zamanında Mehdiyev tərəfindən hər yerə doldurulublar. Bir sözlə, xalqı hakimiyyətdən narazı salan, prezident İlhan Əliyevin əleyhinə aparılan siyasətin arxasında Rusiyanın buradakı maraqlarını müdafiə edən qüvvələr dayanır.
Rusiyanın təsirini aradan qaldırmaq istəyiriksə, növbədənkənar parlament seçkiləri keçirməliyik. Baxın, Azərbaycana, prezident Əliyevə qarşı dəfələrlə Rusiyadan, xaricdəki bizim söyüş “müxalifət”i və İrandan müəyyən hücumlar olub. Bir deputatın bu məsələlərin qarşısında olduğu və prezidenti müdafiə etdiyini görməmişik. Onların arasında eləsi var ki, üç-dörd çağırış deputat olub. Bu adamlar Rusiyanın şəxsən Azərbaycan prezidentinə qarşı hücumlarına etiraz etməyib və ya cavab verməyiblər. Bu baxımdan həbslə yanaşı, ölkədə Rusiya maraqlarına xidmət edən şəxslər kənara çıxarılmalıdır.
Azərbaycanı Mehdiyevin vasitəsilə Rusiyanın maraqlarına doğru aparmaq istəyiblər. Bizim dəqiq məlumatımız var ki, ölkəmizdəki korrupsiya da Rusiyanın göstərişilə həyata keçirilib. Korrupsionerlər və uzun müddət hakimiyyətdə qalanların hamısı Rusiyanın maraqlarına xidmət edən adamlardır. Onlar Azərbaycan dövlətindən, millətindən millyardlarla pulu oğurlayaraq Rusiyadakı məmurlara veriblər. Əgər dünənə qədər Azərbaycan parlamentinin sədri olan şəxs Rusiyada biznes qurubsa, görün, kimlər gəlib-gedib.
Bu gün yoxlasanız görərsiniz ki, vəzifəli şəxslərdən kimlərinsə övladları, bacı və ya qardaşları Rusiyada işləyirlər, yaxşı vəzifələri var. Halbuki onlar Rusiyada doğulmayıb və ya yaşamayıblar. Onlar, əslində girovdurlar.
Tarixdə bir nəfərin bir dövlətə qarşı düşmənçilik etməməsi üçün yaxınını girov kimi götürmək ənənəsi olub. Məsələn, Səfəvilərin sarayında hər zaman Moğolların uşaqları saxlanılıb. Təsədüfi deyil ki, Moğol saraylarında sonradan parlaya bilən bir çox tanınmış şəxsin Səfəvilərin sarayında formalaşdığı, səfəvilərə xidmət etdiyi məlum olub. İndi Rusiyada müəyyən vəzifə tutan, imtiyazı olan şəxslərin buradakı qohumları da onların həyatı səbəbindən Mehdiyev kimi şəxslərin anti-Azərbaycan addımlarında iştirak edə bilərlər. Hesab edirəm ki, bütün bunlar ciddi məsələdir və Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır. Yəni təkcə Mehdiyevi neytrallaşdırmaqla Rusiyanın buradakı şəbəkəsinin kökünü kəsmək mümkün deyil.

Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri