Icma.az
close
up
RU
Ramiz Mehdiyevin gəlininin işdən çıxarılmasının təfərrüatı

Ramiz Mehdiyevin gəlininin işdən çıxarılmasının təfərrüatı

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini, fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevin həyat yoldaşı Nigar Mehdiyeva vəzifəsindən azad edilib. O, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini tuturdu.

Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, N.Mehdiyevanın atası İsmayıl Sadıqov da vaxtilə vəzifəli şəxs olub.

O, uzun müddət Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri işləyib, 2018-ci ildə vəzifədən azad edilib.

İ.Sadıqov Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanovla çox yaxın dost olub. Nigar Mehdiyevanın direktor müavini və şöbə müdiri təyin olunması da məhz bu dostluqdan irəli gəlib.

Məsələ ondadır ki, Ə.Əmiraslanov Nigar Mehdiyevanı vəzifəyə təyin etməklə təkcə bir dostunun övladını işlə təmin etməyib, eyni zamanda digər dostu Ramiz Mehdiyevin ailəsinə də yaxşılıq etmiş olub.

Məlumata görə, Ə.Əmiraslanov İ.Sadıqovla Ramiz Mehdiyevin qohum olmasında da rol oynayıb. Ə.Əmiraslanov R.Mehdiyevin ən yaxın və sadiq kadrlarından biri hesab olunur. 1992-ci ildə - Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Tibb Universitetinin rektoru təyin olunan Əhliman Əmiraslanovun 23 il fasiləsiz olaraq bu vəzifədə qalması da məhz R.Mehdiyevlə dostluğu sayəsində mümkün olub.

İndi isə Ə.Əmiraslanov R.Mehdiyevlə məsafə saxlamaq qərarına gəlib və onun gəlinini işdən çıxarıb.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Əhliman Əmiraslanovun övladı Tapdıq Əmiraslanov eyni qurumda, eyni vəzifədə işləyirlər. Onların ikisi də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavinləridir. Yaxın dost olan T.Mehdiyev və T.Əmiraslanov eyni gündə – 2014-cü il may ayının 5-də nazir müavini təyin olunublar.

Media bu məsələyə, o cümlədən Ramiz Mehdiyevlə bağlı baş verənlərə Əhliman Əmiraslanovun münasibətini öyrənməyə çalışıb. Lakin o, zənglərə cavab verməyib.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri