Icma.az
close
up
RU
Ramiz Mehdiyevin halı pisləşdi Həkim çağırdılar

Ramiz Mehdiyevin halı pisləşdi Həkim çağırdılar

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.
Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır.
Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri