Icma.az
close
up
RU
Ramiz Mehdiyevin iqtisadi gücü: Geniş torpaq sahələri, üzümçülük

Ramiz Mehdiyevin iqtisadi gücü: Geniş torpaq sahələri, üzümçülük

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması və barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ölkədə böyük səs-küy doğurub.
Onun həddən artıq böyük sərvətə sahib olduğu barədə iddialar yayılıb. Artıq bəzi KİV-lər Ramiz Mehdiyevə və onun ailə üzvlərinə aid edilən əmlakların ysiyahısını da dərc ediblər. Məlumatlarda Ramiz Mehdiyevin iqtisadi sahədə böyük gücə sahib olduğu da qeyd edilir. 

Mövzu ilə əlaqədar Modern.az-a danışan iqtisadçı Vahid Məhərrəmli bildirib ki, əslində, Ramiz Mehdiyevin iqtisadi sahədə savadı yoxdur:

“O, çoxsaylı obyektləri ələ keçirsə də, həmin obyektlərdə səmərəli biznes qura bilməmişdi. Mehdiyevin heç bir iqtisadi savadı yoxdur. Bir sıra rayonlara icra başçılarının təyin olunmasında “əhəmiyyətli" rol oynayıb. Onun himayəsilə bəzi rayonlara bacarıqsız, qabiliyyətsiz icra başçıları göndərilib. Korrupsioner, rüşvətxor və pula həris adam idi. Ona verilən elmi titulların da heç birinə layiq adam deyildi. Adi bir məmur idi. Onun elmi əsər yazmağa vaxtı yox idi. İndi bir neçə deputat var ki onlar bir zaman Ramiz Mehdiyevin adına kitab yazırdılar. Yəni Ramiz Mehdiyev əlinə keçmiş fürsətdən özü üçün istifadə etdi. Əslində, onun əlinə yaxşı imkan keçmişdi, xalqa xidmət etməliydi, yaddaşlarda yaxşı xatırlanmalıydı, amma o, əksinə davrandı. Mən onu xalqa faydası olmayan bir insan kimi xarakterizə edərdim”.

V.Məhərrəmli Ramiz Mehdiyevin inhisarçı olduğunu vurğulayıb:

“Onun bağını görmüşdüm. Çoxsaylı torpaq ərazilərini əlinə keçirib. Bankı vardı, istehsal müəssisələri vardı . Əgər özü o sahənin adamı olmadığı halda torpaq ələ keçirib bizneslə məşğul olursa, deməli inhisarçıdır. Üzümçülüyü bilmir, di gəl 500 hektara yaxın ərazini zəbt edib, orada üzüm əkini ilə məşğuldur və şərab istehsal edir. Özü də qanunu pozublar. Rəhbər vəzifədə çalışdıqları halda nə onun özü, nə də xanımı bizneslə məşğul ola bilərdi. Hansı əsasla bizneslə məşğul olursan? Məmursan və yaxşı da maaş alırsan. Villa tikdirib, böyük bir ərazini mənimsəyib. Sən bir otağa sığışmırsan ki, balaca da adamsan? Guya akademikdir, böyük bir otağı var idi. Adamları yığıb ora tapşırıq verirdi, bunun adına yazılar yazmaq üçün. Böyük iddiası olan adamdır. Ancaq  dərin savadı yoxdur. Elmi kommunizmlə məşğul olan bir şəxsdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri