Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Salyanda üzümçülük dərsləri

Salyanda üzümçülük dərsləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Salyan Aqrar Təlim Mərkəzinin əməkdaşları və üzümçü fermerlərin birgə iştirakı ilə “İqlim dəyişmələri fonunda üzümün xəstəlik və zərərvericilərdən qorunması, yaşıl əməliyyatların aparılma qaydaları, bitkinin normal çiçəkləməsi və tozlanma prosesinin təmin edilməsi yolları” mövzusunda tarla seminarı keçirilib.

Salyan Aqrar Təlim Mərkəzinin direktoru Vüqar Hüseynov seminarda çıxış edərək hazırda dünyada, o cümlədən ölkəmizdə iqlim dəyişmələri ilə bağlı temperatur və yağıntılar üzrə anomaliyaların daha intensiv xarakter daşıdığını bildirib. Qeyd olunub ki, aylar üzrə havanın temperaturunda müşahidə edilən tərəddüdlər, uzun sürən anomal istilər, quraqlıq, soyuq və küləkli havalar torpaqda gedən mikrobioloji, fiziki-kimyəvi proseslərə, o cümlədən bitkilərdə gedən fizioloji, biokimyəvi proseslərə mənfi təsirsiz ötüşmür, hətta bir çox hallarda fəsad törədən stres təsirlər şəkilində büruzə verir.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov isə çıxışında üzümün inkişafı, böyüməsi, bar verməsi və s. xüsusiyyətlərinin bir canlı orqanizm kimi ətraf mühit amillərindən əhəmiyyətli dərəcədə asılılığından bəhs edib. O deyib ki, üzümün vegetasiya dövründə ətraf mühit amillərində baş verən dəyişkənliklər onun fenofazalarının gedişinə əhəmiyyətli təsir edir, meydana çıxan ekoloji əsaslı stres amilləri üzümün həyatına təsirsiz ötüşmür.

Seminar zamanı institutun əməkdaşları tərəfindən üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilmə texnologiyası əyani şəkildə nümayiş etdirilib. Diqqətə çatdırılb ki, zamanında aparılan kompleks mübarizə tədbirləri vaxt itkisinin qarşısını almaqla optimal müddətdə bir neçə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizənin tətbiqi üzümlüklərə qulluq xərclərinin aşağı düşməsini təmin etməklə yanaşı, məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır. Bu üsulu vaxtında və kompleks şəkildə tətbiq etmək fermerlərin dərmanlara çəkdikləri xərcləri nəzərəçarpacaq dərəcədə azaltmaqla məhsul itkisinin qarşısını tam alır. Qeyd olunub ki, Salyan rayonunda üzümün becərilməsində geniş yayılmış üsullardan biri də çardaq və perqola sistemidir.

Görüş zamanı xarici üzüm sortlarından salınmış yeni üzüm bağlarında üzümün çiçəkdən çıxmasını təmin etmək üçün preparatların tətbiqi və yaşıl əməliyyatların aparılması haqqında tövsiyələr verilib. Bununla yanaşı, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Elmi-praktik seminarın sonunda fermer və istehsalçılara “Üzümün becərilməsi: budama qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə” kitabı paylanılıb.

Daha sonra fermer-təsərrüfat sahələrinə baxış keçirilib. Üzüm bağlarında yarpaqlarda digər rayonlarda rast gəlinməyən bəzi xəstəlik əlamətləri ilə bağlı fermerlərə müvafiq akarisidlər tövsiyə olunub. Eyni zamanda, üzüm bağlarında zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili üçün feromon tələlər quraşdırılıb. Salxım yarpaqbükəninə qarşı kimyəvi mübarizənin vaxtının təyin edilməsi məqsədilə mütəmadi olaraq fermerlərdən məlumat toplanması qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri