Icma.az
close
up
RU
Ramiz Mehdiyevin klanı ilə bağlı ŞOK FAKTLAR: Bayramdan sonra...

Ramiz Mehdiyevin klanı ilə bağlı ŞOK FAKTLAR: Bayramdan sonra...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Zəfər Günündən sonra ölkədə ciddi islahatlar və dəyişikliklərin baş verəcəyi barədə iddialar daha da güclənib. Yaxın günlərdə səs-küylü həbslərin olacağı, xüsusilə də Ramiz Mehdiyev olayı ətrafında yeni addımların atılacağı gözlənilir.

Bu gözləntilər reallığa çevriləcəkmi?

Bakıvaxtı.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, istənilən vəzifəyə təyin olunan şəxs ilk növbədə xalqa xidmət etməlidir:

“Vətəndaşlara xidmət göstərərkən sosial ədalət prinsiplərinə riayət edilməli, qanunun verdiyi imkanlar və səlahiyyətlər çərçivəsində əhalinin maraqları prioritet kimi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi təyinatlarda ciddi nöqsanlara, təkəbbürə, korrupsiya və rüşvətxorluğa rast gəlinib. Belə hallar aşkarlandıqda məsul şəxslər məhkəmə qarşısında cavab verir və cəzasız qalmırlar. Cəmiyyətin narazılığı sosial şəbəkələr və media vasitəsilə ifadə olunur, aidiyyəti dövlət strukturları bu müraciətlərə reaksiya verir və zəruri tədbirlər görür.

Bu baxımdan idarəetmədə islahatlar davam edir və Prezidentin xüsusi nümayəndəlik institutu bu kontekstdə mühüm rol oynayır, hazırda xalqın böyük gözləntiləri var. Çevik idarəetmə, qərarların mobil qəbul olunması və tapşırıqların operativ icrası məhz xüsusi nümayəndəlik vasitəsilə təmin olunur. Bu təcrübə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərində uğurla tətbiq edilib və digər regionlar üçün də müzakirə olunur. Xüsusi nümayəndəlik həm prezidentin tapşırıqlarının yerlərdə icrasına, həm də onların nəzarətinə imkan verir. Mərkəzi icra orqanları ilə yerli strukturlar arasında qanunsuz tapşırıqların verilməsi hallarına qarşı zəruri tədbirlər həyata keçirilir. Belə qanunsuzluqlara yol verən şəxslər barədə təmizlənmə siyasəti aparılır. Artıq bu sahədə müsbət nəticələr görünür”.

Deputat qeyd edib ki, islahatlar davamlı xarakter daşıyır və bunu yalnız Zəfər Günündən sonrakı mərhələ ilə əlaqələndirmək düzgün deyil:

“Çünki idarəetmə sistemi tədricən təkmilləşdirilir. 2026-cı ildə idarəçiliklə bağlı əlavə sərəncamlar və təşəbbüslər gözlənilir. Bu tədbirlər bütövlükdə idarəetmənin daha rəvan və effektiv qurulmasına, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir”.

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Zəfər bayramı ilə birbaşa əlaqəsi olmasa da, hazırda ölkədə ciddi islahatlara və təmizləmə prosesinə ehtiyac var:

“Azərbaycanın dövlət idarəçiliyində hələ də başqa ölkələrin maraqlarına xidmət edən şəxslərin mövcudluğu narahatlıq doğurur. Ramiz Mehdiyev və onun kimi digər şəxslərin təsirindən tam azad olunmaq üçün təmizləmə əməliyyatı aparılmalıdır. Bu proseslə yanaşı, idarəetmə sistemində, sosial və iqtisadi sahələrdə dərin islahatlar həyata keçirilməlidir. Məqsəd ölkədə idarəçiliyin daha məntiqli, şəffaf və effektiv bir mərkəzdən yönəldilməsini təmin etmək olmalıdır.

Eyni zamanda yerli özünüidarəetmə institutlarının gücləndirilməsi və icra hakimiyyətlərinin ləğvi kimi addımlar da vacibdir. Bu, həm vətəndaşların qərarvermə prosesində iştirakını artırar, həm də ölkədə idarəetmənin səmərəliliyini yüksəldər. Bu baxımdan sadaladığım yönlərdə təcili islahatların aparılmasına böyük ehtiyac var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri