Icma.az
close
up
RU
Eldar Əmirov Ramiz Mehdiyevin necə “sağ əli” olub? Bilinməyən faktlar

Eldar Əmirov Ramiz Mehdiyevin necə “sağ əli” olub? Bilinməyən faktlar

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs ediləndən sonra onun yaxın adamlarından hesab olunan Eldar Əmirov da saxlanılıb.

Teleqraf-ın araşdırması nəticəsində “Boz kardinal”ın köməkçisi kimi bilən Eldar Əmirovla bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.

Əvvəlcə, qısa arayış olaraq bildirək ki, Əmirov Eldar Qurban oğlu 1985-ci ildə Bakıda anadan olub. O, 2007-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə isə Kiyev Kadrlar İdarə Edilməsi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

Eldar Əmirov 2015-cı ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Onun dissertasiyanın mövzusu “Azərbaycan xalqının siyasi antropologiyası” olub.

Eldar Əmirov 2017-ci ilin noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Auditoriya proqramı çərçivəsində “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirəyə də qatılıb.

O, müharizəyə Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi kimi iştirak edib. Eldar Əmirov mühazirədə siyasət arenasında müasir vəziyyətin inkişaf təmayülləri və problemlərinə toxunub. O, Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivləri, eyni zamanda Rusiya və Türkiyə təcrübəsində bu məsələlərin diqqətlə öyrənilməsindən bəhs edib.

Tədbirdə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin də iştirak edib.

Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olan Eldar Əmirov daha sonra şefi ilə birlikdə AMEA-ya gəlib. Hamıya bəlli olduğu kimi, o, Ramiz Mehdiyevin dönəmində AMEA prezidenti katibliyinin rəisi vəzifəsində çalışıb.

Maraqlıdır ki, Eldar Əmirovun AMEA-nın “Elm və həyat” jurnalında çap olunan məqalənin mövzusu da Rusiya ilə bağlı olub. Siyasi elmlər üzrə fəlsəfə doktorunun jurnalın 2021-ci ildə işıq üzü görən ikinci sayında “Rusiyanın dövlətçilik tarixində mütləqiyyət ənənəsinin mənşəyi problemi və rus tarixşünaslığında ona baxış” sərlövhəli məqalə ilə çıxış edib.

Eldar Əmirovun siyasi məqalələri daha əvvəl isə “Geostrategiya” jurnalında çap olunub. O, bu jurnalda ADU-nun Rusşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi kimi çıxış edib. Jurnalın baş redaktoru isə hər kəsin tanıdığı addır – Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov!

Eldar Əmirovun Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnalda çap olunan yazılarından biri dekabrın 2-si 2019-cu ilə təsadüf edir.

Bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, 2019-cu ilin 30 aprelində ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib. Tədbirdə Ramiz Mehdiyevin adından qonaqları Eldar Əmirov salamlayıb. Bu isə Ramiz Mehdiyevin Prezident Administrasiyası rəhbəri vəzifəsindən azad olunmasından 6 ay əvələ təsadüf edir. Ramiz Mehdiyevin kitab təqdimatı Eldar Əmirova həvalə etməsi, tədbirdə daha nüfuzlu şəxslər olmasına baxmayaraq, iştirakçılarını onun adından salamlaması və qeyd olunan tarix tərəflərin işbirliyinin daha öncəyə təsadüf etdiyini isbatlayır. Bu, eyni zamanda Ramiz Mehdiyevin kitablarının məhz Eldar Əmirov tərəfindən yazılması iddialarını da qüvvətləndirir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyevin işi ilə bağlı məsuliyyətə cəlb edilən E.Əmirov 3 il öncə də polisin qanuni əmrinə tabesizlik göstərdiyi 30 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri