Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ramiz Mehdiyevin kölgəsindəkilər də qandallanacaq TƏHLİL

Ramiz Mehdiyevin kölgəsindəkilər də qandallanacaq TƏHLİL

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ən böyük xəyanət, bəzən birbaşa düşmənlikdə deyil, səssiz təbəssümdə, susaraq zərər verməkdədir

“O, heç vaxt qışqırmadı, amma hər kəlməsi bir çox taleləri susdurdu. İndi o səhnədən getmiş kimi görünür. Amma onun yaratdığı məmur düşüncə tərzi qorxunun, riyakarlığın, ikiüzlülüyün mirası bəzi "dairələrdə" hələ də yaşayır”


25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilib. Onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir. İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib. Məlumat üçün bildirək ki, Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub. 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. 2022-ci ilin fevralında istefa verib. R.Mehdiyevin həbsi ictimaiyyətdə ciddi müzakirələrə yol açıb.


Təhlükəsizlik üzrə ekspert İlqar Altay deyib ki, belə ciddi məsələdə konkret söz demək çətindir. Onun sözlərinə görə, istintaq gedir və ittihamlar qarşıda prokurorluq süzgəcindən keçməli, məhkəmədə sübuta yetirilməlidir. Lakin ekspert hesab edir ki, 278-ci maddə üzrə "hakimiyyəti ələ keçirmə əməli" tək icra edilə bilməz: 

"Deməli, bu işdə digər şəxslər də olmalıdır. Niyə belə gec açılıb cinayət işi? Ya sübutların toplanması indi başa çatıb, ya da ki cinayət işi əvvəldən olub, sadəcə indi istintaq başladılıb. Bu, olan haldır. Sivil ölkələrdə belə dövlətin mənafeyinə görə hansısa cinayət işinin üstü müvafiq vaxtadək bağlı qalır. Fikrimcə, bu, Rusiya ilə münasibətlərin bu günlərdə kəskinləşməsi ilə əlaqədar ola bilər. Mehdiyev Rusiyanın Azərbaycanda bir nömrəli tərəfkeşi sayılıb. Ola bilsin, Mehdiyevin özü də bu yaşında sakit oturmayıb. Yəni Rusiyayönlü çox ciddi anti-dövlət fəaliyyəti olub. Yaxud ABŞ və Türkiyə sözləşməsilə Rusiyanı geriyəoturtma prosesinə start verilib. Qərara alınıb ki, Azərbaycanda Rusiyanın bütün şəbəkələri tamamilə sıradan çıxarılmalıdır. Təbii ki, bunlar versiyalardır". 

İqtisadçı-alim, professor Zahid Məmmədov deyib ki, Ramiz Mehdiyev uzun müddət Prezident Administrasiyasında yüksək rəhbər vəzifə tutmaqla yanaşı, eyni zamanda elmi mühitin təşkilinə də təsir göstərib. Alim vurğulayıb ki, uzun illər dövlət idarəetmə sistemində aparıcı fiqur olmuş Ramiz Mehdiyevi illərlə tərifləyən və "ideallaşdıran" şəxslər keçmiş çıxışlarını, yazılarını, müsahibələrini yada salmaq istəmirlər: "Sanki heç vaxt onu müdafiə etməyiblər. Belə vəziyyətdə əsas məsələ fərdi və ictimai məsuliyyətin qəbul olunmasıdır. Əgər kimsə uzun illər boyu səhv ideyanı və ya şəxsi tərifləyib, sonradan hadisələr onun əksini sübut edibsə, həmin şəxs üzr istəməlidir. Ramiz Mehdiyevin  uzun müddət çıxışları, məqalələri və kitabları təhsil və elm təşkilatlarında “elmi konsept” kimi təqdim olunur, hər bir tənqid cəhdinə qarşı baryer qurulurdu. Bir çox tədqiqatçılar və jurnalistlər onun ideyalarına uyğun yazılar yazmaqla “təhlükəsiz mövqe” əldə edirdilər. “İctimai elmlər: zaman kontekstində” kitabı illərlə Azərbaycan ali məktəblərində, xüsusən də humanitar və ictimai-iqtisadi ixtisaslarda “ideoloji təlim” səviyyəsində təqdim olunurdu. Universitetlərdə xüsusi “elmi şuralar” çağırılır, kitab “dövlətçilik düşüncəsinin bünövrəsi” kimi təqdim edilirdi. Rektorlar və kafedra müdirləri “xalqın ideoloji yol xəritəsi” ifadələrindən istifadə edirdilər. 

Bu hadisə bizə bir mühüm dərs verir. Elm və təhsil şəxslərə yox, prinsiplərə xidmət etməlidir. Fikir azadlığı tərifdən qorxmur, amma tərifin yalan üzərində qurulması elm üçün ölümə bərabərdir. Elm şəxslərin deyil, ideyaların qüdrətinə xidmət etməlidir. Şəxsə bağlı ideologiya nə qədər güclü təqdim edilsə də, zaman qarşısında dayanıqlı olmur. Ramiz Mehdiyev hadisəsi bir daha göstərdi ki, şəxslər dəyişsə də, məsuliyyət prinsipi dəyişməməlidir".

Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu bildirib ki, insan heç bir şeyin mütləq hakimi deyil və hesabların üstündə bir də uca Yaradanın hesabı var. Onun sözlərinə görə, cəmiyyət və dövlət içində, beynəlxalq münasibətlər sistemində də əbədi güc yoxdur: "Bu tarixin fəlsəfəsi, yüksələn və düşən pasionar kodlamanın qanunauyğunluğudur. Dünən xəyal kimi görünənlər bu gün gerçək olur. İnsani müstəvidə, məmur anlayışı içində əsas olan qübbə altında xoş sədayla xatırlanmaqdır. Cəmiyyət və dövlət həyatı ilə bağlı proseslərdə yanlışlığa qapılmamalıyıq. Mehdiyevlər layiq olduqları aqibətləri ilə üzləşməyə davam etsə də, Rusiyanın Azərbaycan, Qafqaz və Türk dünyası ilə bağlı hesabları bitməyib. "KQB" sistemi də keçmiş sovet arealında tamamən çökməyib. Eləcə də, Fətullah Gülən ölsə də, FETÖ sistemi dağılmayıb. Azərbaycan və Türk dünyası olaraq bir-birinin varlığından bəslənən bu iki örgütün varlığına qarşı milli reflekslərimizi həmişə canlı tutmalıyıq". 


Tanınmış jurnalist Fərid Şahbazlı da deyib ki, bu fakt bir daha sübut edir ki, Ramiz Mehdiyev uzun illər dövlətin içərisində sistemli şəkildə kök salmış, hakimiyyətin dayaqlarını sarsıtmağa yönəlmiş gizli bir şəbəkənin əsas memarlarından biri olub. Jurnalist vurğulayıb ki, R.Mehdiyevin fəaliyyətinin əsas məqsədi heç vaxt dövlətə və cənab Prezidentə xidmət olmayıb: 

"O, həmişə öz şəxsi maraqlarını və hakimiyyət ambisiyalarını milli maraqlardan üstün tutub. Daha acınacaqlısı odur ki, təəssüf ki, Mehdiyevin siyasi varisləri bu gün də müxtəlif adlar altında ictimai-siyasi sektorda, media mühitində və bəzi qərarverici dövlət strukturlarında fəaliyyət göstərirlər. Onlar illərlə formalaşmış “Mehdiyevçi” düşüncə tərzini yaşadır, dövlətin daxildən zədələnməsi üçün görünməz manevrlər həyata keçirirlər.

Bu insanlar milli kadrların irəli çəkilməsinə mane olur, sağlam düşüncəli şəxsləri kənarlaşdırır, cəmiyyətdə dövlətə və Prezident İlham Əliyevə qarşı süni narazılıq yaratmağa çalışırlar. Şübhəsiz ki, buna heç bir zaman nail ola bilməyəcəklər. Mehdiyevin ifşası ilə bu sistemin də köklərini tam kəsmək, dövlətə sədaqətsiz elementləri idarəçilikdən uzaqlaşdırmaq artıq bir milli təhlükəsizlik məsələsidir".


Siyasi şərhçi Azər Niftiyev də bəyan edib ki, tarix bəzən parlaq adları qızıl hərflərlə yazır, bəzən də qara mürəkkəblə qeyd edir. Onun fikrincə, Ramiz Mehdiyev bu iki rəngin sərhədində dayanmış, lakin sonda kölgəyə çevrilmiş bir məmur obrazıdır: 

"Xəyanətin akademiki, intriqanın memarı, səssiz fitnənin müəllifi.. Onun adı uzun illər “ideoloq”, “alim”, “dövlət xadimi” kimi təqdim olundu. Amma əslində, o, dövlətin sinəsinə sancılan, illərlə sistemin qanını udan gizli bir bakteriya idi. Təcrübəsi vardı, amma bu təcrübədən xalqın, dövlətin, dövlətçiliyin xeyrinə deyil, öz kölgəsinin böyüməsinə sərf etdi. Ramiz Mehdiyev dövlətin qapılarını ideyalar üçün yox, qorxu üçün açdı. Mehdiyev tənqidin üzərinə “xəyanət damğası”, yaltaqlığın üzərinə “sədaqət möhürü” vurdu. Onun yaratdığı ideoloji mühitdə düşünən insanlar susduruldu, düşünməyənlər isə yüksəldi. Əslində, bu, sadəcə bir cəmiyyətin faciəsi deyildi, bir sistemin zəhərlənməsi idi. İllərlə “sadiq” göründü, amma sadiqlik onun üçün sadəcə alət idi. O, özünü dövlətin beyni kimi təqdim edirdi, amma əslində, o beyin çoxdan vicdanını itirmişdi. Hər addımı hesablanmış, hər sözü ölçülüb-biçilmiş, hər sədaqəti saxta idi. Ramiz Mehdiyev məmur arxetipinə yeni bir qat əlavə etdi - “akademik xəyanət” qatını. Onun üçün vəzifə ideya deyil, qalxan idi. Elmi titullar, fəlsəfi cümlələr, tarixi sitatlar - hamısı bir məqsədə xidmət edirdi: hakimiyyətə yaxın olmaq, amma eyni zamanda ondan uzaqlaşmağa yol saxlamaq. O, hər zaman ehtiyat çıxış qapısını açıq saxlayırdı - sanki xəyanət onun həyat sığortası idi.

Belə adamlar dövlətin ən təhlükəli düşmənləridir. Çünki onlar düşmən kimi gəlmirlər - dost kimi otururlar, “sədaqət” libasında görünürlər. Onlar qılıncla yox, qələmlə, sözlə, intriqa ilə vururlar. Ramiz Mehdiyev kimi məmurlar dövlətin içindən çürüməsini təmin edən görünməz bakteriyalardır. Ən böyük xəyanət, bəzən birbaşa düşmənlikdə deyil, səssiz təbəssümdə, susaraq zərər verməkdədir. O, heç vaxt qışqırmadı, amma hər kəlməsi bir çox taleləri susdurdu. İndi o səhnədən getmiş kimi görünür. Amma onun yaratdığı məmur düşüncə tərzi qorxunun, riyakarlığın, ikiüzlülüyün mirası bəzi "dairələrdə" hələ də yaşayır. Ramiz Mehdiyev fiziki olaraq kölgəyə çəkilib, lakin onun obrazı bəzilərinin damarlarında hələ də dolaşır. Tarix bu cür məmurları mükafatla yox, lənətlə xatırlayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri